Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

İrana ‘qadınlara stadion qadağanını' qurtarmaq üçün vaxt verilə bilər


Oktyabrda rəsmilər tərəfindən seçilmiş bir neçə yüz qadına Asiya Çempionlar Liqasının Tehranda keçirilən final matçına tamaşa etmək icazəsi verilib
Oktyabrda rəsmilər tərəfindən seçilmiş bir neçə yüz qadına Asiya Çempionlar Liqasının Tehranda keçirilən final matçına tamaşa etmək icazəsi verilib

FIFA-nın Insan Haqları Məşvərət Şurası dünya futboluna rəhbərlik edən bu qurumu İranın qadınların idman yarışlarına stadionlarda tamaşa etməsinə qoyduğu qadağanın ləğvi üçün son tarix müəyyən etməyə çağırıb.

FIFA tərəfindən tərtib olunmuş şuranın noyabrın 26-da dərc etdiyi hesabatda deyilir ki, “FIFA İranın futbol federasiyasına bu tələbin icrası üçün qəti vaxt qoymalıdır”.

Şuranın bəyanatında deyilir ki, İran bu tələbə əməl etməzsə, ona sanskiaylarla üzləşəcəyi barədə xəbərdarlıq edilməlidir.

İranda qadınların futbol stadionlarına getməsi 1979-cu il İslam İnqilabından bəri qadağan olunub.

Mühafizəkar ruhanilər iddia edirlər ki, qadınlara stadion qadağanı onların orada söyüş və nalayiq sözlər eşitməmələri, habelə “yarıçılpaq” kişiləri görməmələri üçün qoyulub.

İnsan haqları təşkilatları isə bildirirlər ki, bu qadağan İslam Respublikasında cinsi ayrıseçkiliyin mövcud olmasının təzahürüdür.

Bu ay əsasən rəsmilər tərəfindən seçilmiş bir neçə yüz qadına Asiya Çempionlar Liqasının Tehranda keçirilən final matçına tamaşa etmək icazəsi verilib. Onların əksəriyyətinin futbolçuların qohumları, qadın futbol komandasının üzvləri və ya futbol federasiyasının qadın əməkldaşları olduğu söylənir.

Bu matça FIFA-nın rəhbəri Gianni Infantino da gəlmişdi. O qadın azarkeşləri tribunalarda görməsindən məmnun olduğunu bildirmişdi.

FIFA-nın İnsan Haqları Məşvərət Şurası bildirib ki, Infantino qadın azarkeşlərə qarşı cinsi ayrıseçkiçilik məsələsini prezident Hassan Rohani ilə görüşündə qaldırıb və Rohani “yaxın gələcəkdə pozitiv dəyişiklikllər” vəd edib.

Şuranın hesabatında bildirilir ki, FIFA 8 üzvdən ibarət bu komissiyanın mandatını 2020-ci ilədək uzadacaq.

XS
SM
MD
LG