Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:19

FIFA İranı 2018-ci il Dünya Çempionatından məhrum edə bilər?


FIFA İrandan milli futbol yığmasının tərkibindən iki futbolçunu çıxarmasının səbəbləri barədə izahat istəyib. İran milli yığmasının iki üzvü Yunanıstan klubunun tərkibində İsrail klubuna qarşı matçda iştirak etdiklərinə görə komandadan çıxarılıb.

Reuters xəbər verir ki, Masoud Shojaie və Ehsan Hajsafi Avropa Liqasının seçmə turnirində Panionios klubunun tərkibində İsrailin Maccabi klubuna qarşı matçda iştirak ediblər.

İran Futbol Federasiyası onların bu matçda iştirakını qətiyyətlə pisləsə də, tanınmış futbolçular və azarkeşlər Masoud Shojaie və Ehsan Hajsafiyə sosial mediada dəstək veriblər.

FIFA-nın nizamnaməsi onun milli üzvlərində futbola siyasi müdaxiləni qadağan edir və bu qaydanı pozan ölkənin milli komandası beynəlxalq yarışlardan çıxarıla bilər.

FIFA-nın sözçüsü Reuters agentliyinə deyib ki, hazırda bu insident öyrənilir və İran Futbol Federasiyasından izahat istənib.

Futbolçuların yığmadan qovulması sosial mediada müzakirə olunur
Futbolçuların yığmadan qovulması sosial mediada müzakirə olunur

Əgər İran Futbol Federasiyasına sanksiya qoyularsa, bu o deməkdir ki, milli yığma 2018-ci ilin Dünya Çempionatında iştirakdan məhrum edilə bilər.

Bu halda İranın futbol klublarına da beynəlxalq yarışlara qatılmaq qadağan olunacaq.

Yarıımmüdafiəçilər Shojaie və Hajsafinin komandadan çıxarılması barədə məlumatı dövlət televiziyasında İran idman nazirinin müaviniMohammad Reza Davarzani elan edib.

O deyib ki, "Hajsafi və Shojaie üçün bundan sonra İranın milli yığmasında yer yoxdur…Onlar İranın qoyduğu qırmızı xətti keçiblər”.

İran İsrail dövlətini tanımır və öz idmançılarına bu ölkənin iştirak etdiyi yarışlara qatılmağı qadağan edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG