Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Avstriya İran diplomatını toxunulmazlıqdan məhrum edir


Həbslər İran prezidenti Hassan Rohaninin Avropaya səfəri günlərinə təsadüf edib.
Həbslər İran prezidenti Hassan Rohaninin Avropaya səfəri günlərinə təsadüf edib.

Avstriya İran mühacir müxalifətinin Fransadakı görüşündə bomba partlayışı planlaşdırmaqda şübhəli bilinən İran diplomatının diplomatik toxunulmazlığını ləğv edir.

Avstriya Xarici İşlər Nazirliyi iyulun 3-də bildirib ki, “bu şəxs 48 saat ərzində diplomatik toxunulmazlığından məhrum ediləcək, çünki onun həbsi barədə Avropa sanksiyası mövcuddur”.

Bundan bir gün əvvəl İranın Vyanadakı səfiri nazirliyə dəvət edilmiş və ondan vəziyyətin aydınlaşdırılması tələb olunmuşdu.

Vyanadakı İran səfirliyinin diplomatı ötən həftəsonu Almaniyada saxlanıb.

Belçika onu İran Milli Müqavimət Şurasının iyunun 30-da Paris ətrafındakı Villepintedə keçirilən iclasına bomba hücumu hazırlamaqda ittiham edir. Parisdə mənzillənmiş bu müxalif hərəkat İranın ruhani rejimini devirməyi məqsəd qoyanlardan ibarətdir.

İki ölkənin hakimiyyət orqanları bildiriblər ki, Belçika və Fransada daha 5 şübhəli saxlanıb.

Belə bir qəsd planının mövcud olması ilk dəfə Belçkia hakimiyyət orqanları tərəfindən aşkarlanıb.

Brüssel bu barədə xəbəri iyulun 2-də yayıb. Xəbərdə deyilirdi ki, iyunun 30-da maşınlarında 500 qram partladıcı maddə və detonasiya qurğusu tapılmış ər və arvad həbs ediliblər.

İran əsilli Belçika vətəndaşı olduğu deyilən bu iki şübhəliyə qarşı terrorçu qətlə qəsd və terror hücumunun hazırlanması ittihamları irəli sürülüb.

Fransada bu hadisə ilə əlaqədar 3 nəfər dindirilmə üçün saxlanıb.

Bu həbslər İran prezidenti Hassan Rohaninin Avropaya səfər turunun başlanğıcına təsadüf edir.

İranın xarici işlər naziri Mohammad Javad Zarif bu həbsləri “qondarma əməliyyat” kimi qiymətləndirib.

Zarif iyulun 2-də Tvitterdə yazıb: “Necə də maraqlıdır: Bizim prezidentimizin Avropaya səfəri başlanır və elə bu vaxt iddia edilən İran əməliyyatı bəyan edilir və “qəsdçilər” həbs olunur”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG