Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 15:31

Tehranda, Təbrizdə, Urmiyyədə etirazlar


Etiraz aksiyaları Təbriz, Nəcəfabad, İsfahan, Tehran, Məşhəd, Sənəndəc və Urmiyyə də daxil azı 6 şəhərdə keçirilib

İranda gənc qadının hicab qaydalarına görə polisə aparılmasından və orada vəfat etməsindən sonra başlanan etirazlar hakimiyyətin xəbərdarlıqlarına baxmayaraq ölkə boyunca davam edir.

Sosial media şəbəkələrində ötən gecə yayılmış videolardan məlum olur ki, etiraz aksiyaları Təbriz, Nəcəfabad, İsfahan, Tehran, Məşhəd, Sənəndəc və Urmiyyə də daxil azı 6 şəhərdə keçirilib.

Bu arada İranda baş verən hadisələrə xarici reaksiyalar artıb.

Almaniyanın xarici işlər nazir Annalena Berbok sentyabrın 29-da deyib ki, o etirazçılarla qəddar davranışla bağlı Tehranın üzərinə Avropa İttifaqı sanksiyalarının qoyulmasına çalışacaq:

"Mən Avropa İttifaqı çərçivəsində əlimdən gələn hər şeyi edirəm ki, İranda qadınları döyərək öldürənlərə və nümayişçilərə din adı ilə atəş açanlara qarşı sanksiyalar qoyulsun”.

Xəbər verilir ki, İran hökumətinin interneti az qala tam bloklamasına görə etirazların foto və videolarını yaymaq son dərəcə çətindir.

İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Jurnalistlər, musiqiçilər, neftçilər…

Vaşinqtonda mənzillənmiş Jurnalistləri Müdafiə Komitəsi (Committee to Protect Journalists) bildirir ki, etirazlar başlanandan bəri İranda 25 jurnalist həbs olunub.

Bunların arasında Məhsa Əmininin dəfn mərasimindən reportaj hazırlayan İlahə Məhəmmədi də var.

Bu arada İran neft sənayesinin işçiləri hökuməti tətil keçirəcəkləri ilə hədələyiblər. Onlar hökumətdən etirazçılara qarşı hücumların dayandırılmasını tələb edirlər.

Sentyabrın 28-də İranın Milli Orkestri İran-İraq müharibəsinin ildönümünə həsr olunmuş konsertdə çıxış etməkdən imtina edib.

Xəbərlərdə deyilir ki, İranın Nəcəfabad şəhərində təhlükəsizlik qüvvələri etiraz nümayişinin qarşısını almağa çalışıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG