Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

İranda pensiyaçılar etiraza çıxıblar


Şuş şəhərində pensiyaçıların etirazı
Şuş şəhərində pensiyaçıların etirazı

Təbrizdə isə aksiyaçılar “Rəisiyə ölüm!” və “Yalançı hökumətə ölüm!” şüarları səsləndiriblər

İran paytaxtı Tehranda, habelə Kərəc, Zəncan, İsfahan, Ərak, Kirman, Rəşt, Təbriz, Qəzvin və bir sıra digər şəhərlərdə pensiyaların artırılması tələbi ilə etiraz nümayişləri keçirilib.

Təhlükəsizlik qüvvələrinin bir neçə adamı tutaraq naməlum istiqamətdə apardığı xəbər verilir.

Sosial media platformalarında yayılmış videolarda Şirazda etirazçıların aksiyalara boş süfrələrlə çıxdığı görünür.

Təbrizdə isə aksiyaçılar “Rəisiyə ölüm!” və “Yalançı hökumətə ölüm!” şüarları səsləndiriblər.

İranda son illərdə pensiyaçıların, xüsusilə də müəllim və fəhlələrin çoxsaylı etiraz aksiyaları olub. Onlar yaşayış səviyyələrinin pisləşməsindən və hökumətin etinasızlığından narazılıq ifadə ediblər.

Bu aksiyaların çoxu polis tərəfindən dağıdılıb.

İran iqtisadiyyatı hazırda ABŞ sanksiyalarına və pandemiya sonrası çətinliklərə görə ağır vəziyyətdədir.

Ölkədə ərzağın qiyməti kəskin qalxıb, inflyasiya 45 faizə çatıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG