Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:46

İranda yeniyetməykən ‘zorakı ərini’ öldürmüş qadın edam olunub


Zeinab Sekaanvand
Zeinab Sekaanvand

Amnesty International xəbər verir ki, İran məişət və cinsi zorakılığın qurbanı olmuş qadını edam edib. Zeinab Sekaanvand ərini öldürməkdə ittiham olunanda hələ yeniyetmə idi.

Londonda mənzillənmiş insan haqları təşkilatı bildirir ki, Zeinab Sekaanvand-in edamı “tamamilə ədalətsizdir və İran hakimiyyətinin uşaqların həyatına olan sayğısızlığını göstərir”.

Bəyanatda deyilir ki, 24 yaşlı qadın səhərin erkən saatlarında Qərbi Azərbaycan ostanının Urmiyyə mərkəzi həbsxanasında asılaraq edam edilib.

Amnesty-nin məlumatına görə etnik kürd olan Sekaanvand ərə veriləndə 15 yaşı olub. Təşkilat bildirir ki, o 2014-cü ildə “son dərəcə ədalətsiz” mühakimədən sonra ölüm cəzasına layiq bilinib.

Amnesty International təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə araşdırma və müdafiə direktoru Philip Luther deyib ki, “qadın hadisədən əvvəl dəfələrlə hakimiyyət orqanlarından kömək istəmiş, ərinin zorakılığından şikayət etmiş və qayınının onu dəfələrlə zorladığını iddia etmişdi”.

Luther-in sözlərinə görə hakimiyyət orqanları iddiaları araşdırmayıb və ona heç bir dəstək verilməyib.

Amnesty International bir daha İran hökumətini edamlara moratorium qoymağa çağırıb.

İran dünyada ən çox edamların olduğu ölkələrdən biridir. Amnesty aprel ayında bildirmişdi ki, ötən il İranda 507 nəfər edam olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG