Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:17

İranda 15 yaşında ölüm cəzasına məhkum edilmiş gənc edam olunub


15 yaşında ölün cəzasına məhkum edilmiş Ali Kazemi yanvarın 30-da, 22 yaşında edam olunub
15 yaşında ölün cəzasına məhkum edilmiş Ali Kazemi yanvarın 30-da, 22 yaşında edam olunub

Beynəlxalq insan haqları təşkilatı Amnesty International İranda 15 yaşında olarkən qətlə görə ölüm cəzasına məhkum edilmiş gəncin edamını hiddətlə pisləyən bəyanat yayıb.

Təşkilatın yanvarın 30-da yaydığı bəyanatda deyilir ki, 22 yaşlı Ali Kazemi Buşəhr əyalətinin həbsxanasında səhərin sübh saatlarında asılmaqla edam edilib.

Amnesty bunu da bildirir ki, Kazeminin edam vaxtı barəsində nə vəkilinə, nə də ailəsinə məlumat verilməmişdi.

Amnesty International təşkilatı direktorunun Yaxın Şərq üzrə müavini Magdalena Mughrabi deyib ki, “İran bu qanunsuz edamı həyata keçirməklə dünyanın aparıcı cəlladı kimi rüsvayçı adını saxlamaq niyyətində olduğunu nümayiş etdirib”.

Kazemi cinayəti törədəndə və ölüm cəzasına məhkum ediləndə uşaq idi və xanım Mughrabi onun edamını uşaq haqlarınıın və beynəlxalq qanunların kobud pozuntusu kimi dəyərləndirib.

O bildirib ki, bu qanunlara görə yaşı 18-dən az olanlar barəsində ölüm hökmü çıxarıla bilməz.

Kazemi 2011-ci ilin martında dava-dalaş əsnasında bir nəfəri bıçaqla öldürmüşdü.

Xanım Mughrabi deyib ki, İran ədliyyəsi yeniyetmələrin barəsində çıxarılmış edam cəzalarının icrasına moratorium qoymalı idi.

O həmçinin qeyd edib ki, İran parlamenti bununla əlaqədar Cinayət Məcəlləsinə düzəliş etməlidir.

İran rəsmiləri Amnesty İnternational təşkilatının bəyanatına reaksiya verməyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG