Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:49

Amnesty İranda 21 yaşlı gəncin edamını pisləyib


Amnesty International xəbər verib ki, İranda 21 yaşlı gənc edam edilib. O həbs olunanda 15 yaşı vardı.

Təşkilat avqustun 10-da Əlireza Tacikinin edam edilməsini “rüsvayçı hərəkət” adlandırıb.

Amnesty International təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Magdalena Mughrabi deyib ki, “İran bu hərəkəti ilə beynəlxalq qanunları pozub və uşaq haqlarına qəddar etinasızlıq göstərib.”

Təşkilatın məlumatında deyilir ki, Taciki 2012-ci ilin mayında həbs edilmiş və Fars ostanı məhkəməsinin qərarı ilə 2013-cü ildə barəsində ölüm hökmü çıxarılmışdı. Taciki qətldə və uşaqbazlıqda və ya kişi ilə kişi arasında zorakı cinsi aktda ittiham olunurdu. Müttəhim etirafın ondan işgəncə ilə alındığını bildirirdi.

İranın yarırəsmi Ana.ir xəbər portalı yazır ki, Şiraz prokuroru Əli Salehi mühakimənin “ədalətli, edamın isə qanuni” olduğunu bildirib.

İran qanunlarına görə qətl, zorlama, uşaqbazlıq və silahlı qarət ölümlə cəzalandırılır.

Tehran 2013-cü ildə qanuna azyaşlıalrın edam cəzasından istisnasına dair islahat aparsa da, yeniyetmələrin edamları davam etdirilib.

Amnesty bidlirib ki, İranda indiyədək azı 89 nəfər barədə ölüm hökmü çıxarılıb. Onların hamısının cinayəti törədərkən yaşı 18-dən az olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG