Keçid linkləri

2026, 18 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 19:24

Daşqına görə İranda daha bir neçə yaşayış məntəqəsi köçürülür

İranda daşqın, 2 aprel, 2019
İranda daşqın, 2 aprel, 2019

İran hakimiyyəti şənbə günü-martın 6-da daşqın təhlükəsi ilə üzləşmiş daha bir neçə yaşayış məntəqəsini evakuasiya etmək qərarına gəlib.

Bu barədə martın 6-da Reuters agentliyi məlumat yayıb.

Martın 19-dan başlayan leysan yağışları nəticəsində daşqın ölkənin bir neçə bölgəsini cənginə alıb.

Yerli televiziyanın məlumatına görə, Kuzestan və Lorestan əyalətlərində 12 yaşayış məntəqəsi köçürüləcək.

Bu bölgələrdəki bir neçə bənddən su buraxılacaq.

Leysan davam etdiyindən bir çox kəndi daşqın təhlükəsi gözləyir.

Hakimiyyət təbii fəlakət zonasına əlavə qüvvələr və tibbi briqadalar göndərib.

Son 2 həftə ərzində ölkədə daşqından ölənlərin sayı 70 nəfəri ötüb. 2 minə yaxın yaşayış məntəqəsinə ciddi ziyan dəyib.

This item is part of
XS
SM
MD
LG