Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:35

Tehran çirkli pulların yuyulmasına qarşı yeni mübarizə qanununu təsdiqləyib


İran, 5 yanvar 2019
İran, 5 yanvar 2019

Yerli mətbuatın verdiyi məlumata görə, Tehran çirkli pulların yuyulması ilə mübarizədə yeni qanun layihəsini təsdiqləyib.

Qanun layihəsi parlament və Qəyyumlar Şurası arasında yaranan mübahisəli məsələlərdə vasitəçi rolunu oynayan nüfuzlu İran Səmərəlilik Şurası tərəfindən təsdiq edilib.

Qərar, qanun layihəsinin parlament tərəfindən qəbul edildiyi, lakin konservativ-dominant Qəyyumlar Şurası tərəfindən rədd edildikdən sonra qəbul edilib.

İran konservatorlarının sözügedən qanuna qarşı olma səbəbi isə Hizbulla kimi müxtəlif müttəfiqlərə edilən maliyyə dəstəklərinin dayandırlmasıdır. Qeyd edək ki, Hizbulla ABŞ tərəfindən terrorist təşkilatı kimi tanınır.

İran hesab edir ki, ölkə qanunvericiliyinin Maliyyə Tapşırıq Əməliyyatlar İdarəsinin (FATF) standartlarına uyğunlaşdırılması və təşkilatın qara siyahısından çıxarılması ölkəyə xarici investorlar gətirə bilər.

ABŞ-ın 2018-ci idlə İran bank və enerji sektoruna qoyduğu sanksiyalar ölkənin iqtisadiyyatına və pul məzənnəsinə güclü zərbə vurub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG