Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

İran koronovirusla mübarizə üçün BVF-dən 5 milyard dollar istəyir


İranın xarici işlər naziri Mohmmad Javad Zarif
İranın xarici işlər naziri Mohmmad Javad Zarif

İran martın 12-də ölkədə koronavirusdan daha 75 ölüm halının baş verdiyini bidlirib. Beləliklə İranda COVID19 xəstəliyindən ölənlərin sayı 429-a çatıb.

Tehrandan verilən xəbərlərdə deyilir ki, ali rəhbər ayətüllah Ali Khamenei-nin baş müşavirlərindən biri də COVID19 virusuna yoluxub.

Səhiyyə Nazirliyinin sözçüsü Kianush Jahanpur martın 12-də bidlrib ki, son 24 saatda ölkədə daha 1075 yeni yoluxma qeydə alınıb və beləliklə koronavirusa ölkə üzrə yoluxanların sayı 10 min 75 nıəfərə yüksəlib.

Bu arada Tehran yoluxmalarla mübarizənin gücləndirilməsi məqsədilə Beynəlxalq Valyuta Fondundan (BVF) milyardlarla dollarlıq təcili kredit istəyib.

Ölkənin ruhani hakimiyyəti koronavirusun fəlakətli şəkildə yayılmasının qarşısını almağa çalışır.

Ali Akbar Velayati
Ali Akbar Velayati

Bu da xəbər verilir ki, ali rəhbərin baş müşavirlərindən Ali Akbar Velayati koronavirusa yoluxub və Tehran xəstəxanalarından birinə yerləşdirilib.

Rəsmi xəbərlərə görə Velayati "son bir neçə həftə ərzində koronavirusa yoluxmuş çox sayda pasientlərlə təmasda olmuşdu”.

Bundan əvvəl vitse-prezident Masumeh Ebtekar, səhiyyə nazirinin müavini Iraj Harirchi və məclisin 20 deputatının koronavirusa yoluxduğu xəbər verilmidşi.

Xanım Ebtekar artıq Twitter-də sağaldığını xəbər verib.

İranın Mərkəzi Bankı martın 12-də bildirib ki, Tehran koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə BVF-dən 5 milyard dollar təcili kredit verilməsini rica edib.

Bankın prezidenti Abdolnaser Hemmati deyib ki, bu barədə məktub BVF-in direktoru Kristalina Georgievaya ötən həftə göndərilib.

İranın xarici işlər naziri Mohammad Javad Zarif xatırladıb ki, Vaşinqtonda mənzillənmiş BVF bundan əvvəl virusun yayılmasından əzab çəkən ölkələrə Çevik Maliyyə Aləti vasitəsilə pul yardımının verilməsinin mümkün olduğunu bəyan etmişdi.

O bunu da yada salıb ki, İran BVF-dən son dəfə maliyyə yardımını 1960 və 1962-ci illərdə alıb.

İran Çindən sonra koronavirusun ən geniş yayıldığı ikinci ölkədir. Bundan onun qonşusu olan ölkələr də iqtisadi ziyan görürlər.

İranın böyüklüyünə görə üçüncü şəhəri - İsfahanda metropolitenin martın 14-dən qeyri-müəyyən müddətdə bağlı olacağı xəbər verilir.

Qərb, xüsusilə də ABŞ İran iqtidarının koronavirusun yayılması miqyasını gizlətməsindən şübhələnir.

ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiyadakı hərbi komandanı general Kenneth McKenzie martın 12-də deyib ki, İranın koronavirusa dair məlumatları yumşaltmasından şübhələr var.

General narahatlığını bildirib ki, bu, İran rəhbərliyinin qəbul etdiyi qərarlara təsir göstərə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG