Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

İran ‘qara gün’ üçün nəzərdə tutulan milyardları hərbiyə xərcləyir


Bir çox iranlılar ölkənin dini təsisatlara və xarici hərbi əməliyyatlara xərclədiyi pullar barədə məlumatlardan özünə gəlməmiş, aşkar olub ki, ölkənin ali rəhbəri ayətüllah Ali Khamenei İranın ehtiyat valyuta fondundan 2, 5 milyard dolların hərbi xərclərə ayrılmasına yaşıl işıq yandırıb.

Bu məlumat ölkəni bürümüş antihökumət etirazları boğulandan iki həftə sonra yayılıb. Bu nümayişlər zamanı İranın 90-dan çox şəhərində insanlar ərzaq bahalığına etiraz edirdilər.

AzadlıqRadiosunun Farda redaksiyası yazır ki, İranda dekabr ayında ölkəni bürümüş etirazların səbəbi ərzaq malalrının bahalaşmasından başqa, həm də ölkə büdcəsinə aid bəzi rəqəmlərin açıqlanması idi. Büdcə layihəsindən görünürdü ki, İranın dini təsisatları və hərbiyyə üçün böyük vəsaitlər nəzərdə tutulub.

Yanvarın 24-də parlamentin büdcə komissiyasının üzvü Asghar Yousefnejad bildirmişdi ki, büdcədə 4 milyard dollar İran Milli İnkişaf Fondundan çıxarılaraq hərbiyyəyə transfer edilib.

Büdcədəki bu dəyişikliyə şəxsən ali rəhbər Khamenei tərəfindən göstəriş verilib.

Yousefnejad bildirib ki, bu fondun qalan pulları toz çirklənməsinə qarşı mübarizə, irriqasiya və zəlzələdən zərər çəkmiş ərazilərin yenidən qurulmasına yönəldiləcək.

İranın dövlət televiziyasına bu pullardan 150 milyon dollar ayrılması nəzərdə tutulub. Dövlət televiziyası etiraz günlərində nümayişçiləri kəskin tənqid edir və qərəzli reportajlar yayınlayırdı.

Farda qeyd edir ki, dekabr etirazçıları xüsusilə də ölkə hərbiyyəsinin Suriya prezidenti Assad-ın himayə olunması üçün əməliyyatlarına böyük pulların sərf olunmasını tənqid edirdilər.

Bu da məlum olub ki, Rohaninin büdcəsində subsidiyalardan kəsilən pullar İslam İnqilabı Keşikçiləri Korpusuna və dini təsisatlara ayrılıb.

The Financial Times qəzeti bu ayın əvvəllərində yazırdı ki, Rohani 2013-cü ildə prezident olandan bəri dini təsisatlara ayrılan vəsaitlər 18 faiz artıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG