Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:47

Britaniya iki gəmisinin İran tərəfindən saxlanmasını pisləyir


Stena Impero tankeri (oto arxivdəndir)
Stena Impero tankeri (oto arxivdəndir)

Britaniya iki gəmisinin Hörmüz boğazında İran tərəfindən tutulmasını pisləyib və dünyanın ən işlək kommersiya marşrutlarından birində törədilmiş bu hadisə ilə bağlı milli təhlükəsizlik şurasının iclasını çağırıb.

Britaniyanın xarici işlər naziri Jeremy Hunt deyib ki, o gəmilərin tutulmasından “son dərəcə nigarandır” və Britaniya təhlükəsizlik xidmətlərinin təcili toplanmış müşavirəsindən məqsəd “vəziyyəti tezliklə öyrənmək və gəmilərin mümkün qədər tez azad edilməsinə nail olmaqdır”.

İki tankerin həbsi ilə bağlı iyulun 19-da ABŞ Tehranı “zorakılığı qızışdırmaqda” ittiham edib.

ABŞ prezidenti Donald Trump deyib ki, “İran təhlükəsi” ilə bağlı Fransa prezidenti Emmanuel Macron-la danışıb və Birləşmiş Krallıqla da danışmaq niyyətindədir.

***

İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) bildirir ki, Hörmüz boğazında “beynəlxalq dənizçilik qanunlarına hörmət etməyən” Britaniya tankerini saxlayıb.

İran tərəfi xəbər verir ki, Stena Impero adlı gəmi Hormozgan Limanlar və Dənizçilik İdarəsinin ricası ilə Hörmüz boğazından keçərkən saxlanıb.

Bu barədə xəbəri AFP İİKK-nin rəsmi Sepahnews saytına istinadən xəbər verib.

Bu hadisədən az əvvəl, iyulun 18-də ABŞ onun hərbi gəmisinə yaxınlaşan İran dronunu vurduğunu bildirmişdi.

Stena Impero tankerinin sahibi Stena Bulk and Northern Marine şirkəti bidirib ki, sözü gedən gəminin göyərtəsində 23 dənizçi var və şirkət onlarla əlaqə yarada bilməyib.

Bununla belə kiminsə xəsarət aldığına dair də məlumatlar yoxdur.

CNN kanalının verdiyi məlumata görə Britaniya rəsmiləri “daha çox informasiya” almağa çalışırlar.

Stena Bulk and Marine Management şirkəti təsdiq edib ki, onun tankerinə iyulun 19-da London vaxtı ilə saat 16.00 radələrində kiçik katerlər və bir helikopter yaxınlaşıb və bu zaman tanker Hörmüz boğazının beynəlxalq sularında olub.

Şirkət bildirib ki, hazırda şimala – İran istiqamətində üzən tankerin heyəti ilə heç bir əlaqə yoxdur.

Vesselfinder.com saytının məlumatına görə Stena Impero tankeri neft-kimya məhsullarının daşınması ilə məşğuldur və hazırda Britaniya bayrağı altında üzür.

Həmin sayt xəbər verir ki, tanker Səudiyyənin Cübeyl portu istiqamətində üzürdü və ora iyulun 21-də yan almalıydı.

Bundan əbvvəl ABŞ prezidenti Donald Trump demişdi ki, Amerikanın Boxer döyüş gəmisi Hörmüz üzərində İrana məxsis dronu məhv edib.

Bundan bir ay əvvəl isə İran mənbələri Tehranın ABŞ dronunu vurduğuna dair məlumatlar yaymışdı.

O vaxt Donald Trump bildirmişdi ki, İrana hərbi zərnbə endirilməsini götür-qoy edib və son anda fikrindən daşınıb.

Trump bütün başqa ölkələri İranın beynəlxalq sulardakı ziyanlı hərəkətlərini pisləməyə çağırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG