Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 09:31

COVID-19: İranda və Britaniyada yeni ölüm rekordu


Tehranın Beheşti-Zəhra qəbirstanlığında koronavirusdan ölənlər üçün hazırlanmış məzarlar

İran avqustun 24-də COVID-19-dan 709 ölümün qeydə alındığını bildirib

İran avqustun 24-də COVID-19-dan 709 ölümün qeydə alındığını bildirib.

Yaxın Şərqdə pandemiyanın ən sərt vurduğu ölkə olan İran hazırda yoluxmaların beşinci dalğasını yaşayır və əksər yoluxmalar koronavirusun Delta ştammının payına düşür.

İranın Səhiyyə Nazirliyi bildirib ki, ölkədə koronavirusa yoluxmaların sayı 4.75 milyonu keçib və son 24 saat ərzində virusa 40 min 623 yeni yoluxma qeydə alınıb.

Dövlət televiziyasının verdiyi xəbərə görə İranda indiyədək COVID-19-dan 103 min 357 ölüm hadisəsi baş verib.

Hakimiyyət orqanları yaranmış epidemioloji vəziyyətlə bağlı avqustun 27-dək ölkədəki əsas yolları iki həftə müddətinə bağlayıb.

Buna baxmayaraq ötən bazar günündən qeyri-zəruri biznes və hökumət idarələrinin açılmasına icazə verilib.

Bundan əvvəl belə müəssisələr bir həftə müddətinə məcburi qaydada bağlanmışdı.

Reuters agentliyi bildirib ki, hökumət yeni karantin məhdudiyyətlərinin tətbiq olunacağına dair hələki məlumat verməyib.

Səhiyyə rəsmiləri bildirirlər ki, qarşıdan gələn həftələrdə COVID-19 ölümləri 800-ə çata bilər.

Sanksiyalar və vaksinlər

Sosial media istifadəçiləri hökuməti peyvəndləmə kampaniyasının ləngliyinə görə tənqid edirlər.

83 milyonluq əhalisi olan İranda hələki yalnız 6.5 milyon insan peyvənd olunub.

Hökumət isə buna görə bir tərəfdən ABŞ sanksiyalarını səbəb göstərir, digər tərəfdən isə Qərbdə istehsal olunmuş vaksinlərdən istifadəyə icazə vermir.

Reuters xatırladır ki, ABŞ sanksiyaları İran üçün ərzaq və dava-dərmana şamil olunmur.

Bununla belə ABŞ sanksiyalarının başlıca hədəfi İranın əsas valyuta gəliri mənbəyi olan neft sektorudur.

Tehran bildirir ki, məhz bu, ölkənin dərman preparatları və vaksin almasına mane olur.

Bu arada Britaniyada da gündəlik koronavirus ölümlərinin sayı yeni rekord həddinə çatıb.

Sky News xəbər verir ki, Britaniyada son bir gündə koronavirusdan 174 ölüm qeydə alınıb və bu, martın 12-dən bəri ən yüksək rəqəmdir.

Avqustun 24-də COVID-19-a 30,838 yeni yoluxma qeydə alınıb.

Halbuki bir gün əvvəl koronavirusdan 40 ölüm qeydə alınmışdı.

Britaniyada daha 131 min 283 nəfərə vaksinin ikinci dozası vurulub və beləliklə indi əhalinin 77.2 faizi tam peyvənd olunub.

Vaksin basabası: 'İşimizdən də olduq. Belə şey olar?'
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

300 rəqəminin vahiməsi

Britaniya səhiyyə rəsmiləri bildirirlər ki, koronavirusun Delta variantına yoluxanların patogen tutumu adi ştamma yoluxanlardan 300 dəfə çoxdur.

Bu isə o deməkdir ki, virus indi daha asanlıqla yayılır və xəstəxanaya, habelə reanimasiyaya düşənlərin sayı sürətlə artır.

Cənubi Koreya Səhiyyə Nazirliyinin rəsmisi Delta variantı və onun yanlış olaraq “300 dəfə daha çox yoluxucu” olmasına dair söz-söhbətlə bağlı açıqlama verib.

Nazirliyinin sözçüsü bildirib ki, patogenlik tutumunun 300 dəfə çox olması Delta ştammının 300 dəfə daha yoluxucu olması anlamına gəlmir. Patogenlik tutumu xəstənin qanında dövriyyədə olan virusların miqdarına aid göstəricidir.

Əslində Delta variantının yoluxuculuğu Alfa variantından 1.6 dəfə, koronavirusun ilkin ştammından isə 2 dəfə yüksəkdir.

Delta variantı ilk dəfə Britaniyada, Alfa ştammı isə Hindistanda aşkar olunub.

Bu da xəbər verilir ki, Britaniyada yoluxmaların 5 minə qədəri ölkədə keçirilmiş musiqi festivalına görədir.

Xəbərdə deyilir ki, Kornuolda keçirilən konsertdə iştirak edənlərdən COVID-19 statuslarını təqdim etmələri tələb olunurdu.

Şərhlər

XS
SM
MD
LG