Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:06

İran bəhai liderlərindən biri azadlığa buraxılıb


Məhvəş Sabet 2008-ci ildən həbsxanada idi
Məhvəş Sabet 2008-ci ildən həbsxanada idi

İran bəhai icmasının liderlərindən Məhvəş Sabet 10 il həbsxana cəzası çəkdikdən sonra azadlığa buraxılıb.

64 yaşlı Sabet və daha 6 bəhai lider 2008-ci ildə casusluq və ölkənin dini rəhbərliyinə qarşı təbliğat ittihamı ilə məhkum edilmişdilər.

Bəzi xəbərlərə görə onlara 20 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Cəza müddəti sonradan 10 ilə endirilib.

Bəhai Beynəlxalq İcmasının BMT-dəki nümayəndəsi Bani Dugal AzadlıqRadiosuna deyib ki, Sabetin azadlığa buraxılması sevindirici xəbər olsa da, İranda bəhailərin təqibləri davam etdirilir.

O deyib ki, hətta 10 illik həbsxana cəzası çəkdikdən sonra da Sabet bir çox mənada təzyiq altında olacaq.

Daha 6 bəhainin həbsxana müddətləri qarşıdan gələn aylarda başa çatmalıdır.

İranda bəhailərin dini rəsmən tanınmır və bu icma təqiblərə və qısnamalara məruz qalır.

BMT-nin İran üzrə xüsusi məruzəçisi Asma Cahangir ötən mart ayında demişdi ki, İranın bəhai icması davamlı diskriminasiya və hücumlarla üzləşməli olur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG