Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:42

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatını təsdiqlədi


İran-Natanz nüvə zavodu 3 noyabr, 2019
İran-Natanz nüvə zavodu 3 noyabr, 2019

ISNA agentliyinin yaydığı məlumatda deyilir ki, İran 2015 -ci ildə aparıcı dünya ölkələri ilə imzaladığı nüvə sazişinin bərpa edilməsi və ABŞ -ın ona qarşı sanksiyaları ləğv etməsindən sonra saziş üzrə texniki öhdəliklərini bərpa edəcək

Iran, 60 faizədək zənginləşdirilmiş uran istehsal etməsi barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatını təsdiqləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Saeed Khatibzadeh avqustun 18-də bunun, İranla nüvə sazişinin yerinə yetirilməməsi və ABŞ-ın sanksiyalarına cavab olduğunu bəyan edib.

ISNA agentliyinin yaydığı məlumatda deyilir ki, İran 2015 -ci ildə aparıcı dünya ölkələri ilə imzaladığı nüvə sazişinin bərpa edilməsi və ABŞ -ın ona qarşı sanksiyaları ləğv etməsindən sonra saziş üzrə texniki öhdəliklərini bərpa edəcək.

İran bu ilin aprelində uranı 20 dərəcədən 60 dərəcəyədək zənginləşdirmək fikrində olduğunu bəyan elədi.

Tehran bu bəyanatı, İranın Natanz nüvə zavoduna hücumdan sonra verdi və bu hücuma görə, İsraili ittiham elədi.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Trump 2018-ci ildə birtərəfli qaydada həmin sazişdən çıxaraq Tehrana qarşı sanksiyaları bərpa elədi.

İndi yeni ABŞ hökuməti və İran da daxil olmaqla tərəflər həmin sazişi bərpa etmək fikrində olduqlarını bildirib və artıq Vyanada bir neçə dəfə danışıqlar da aparıblar.

Amma hələlik bu danışıqlar nəticə verməyib.

İranın 2015-ci ildə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya Çin və Rusiya ilə əldə etdiyi sazişdə, Tehranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehransa nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG