Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:25

İran nüvə obyektlərində yoxlama aparılmasına icazə verib


Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Grossi
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Grossi

Bunu agentliyin rəhbəri Rafael Qrossi İrana səfərdən qayıtdıqdan sonra martın 4-də Vyanada jurnalistlərə açıqlamasında deyib.

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin onun nüvə obyektlərini təftiş və nəzarət etməsinə icazə verib.

Reutersin məlumata görə, bunu agentliyin rəhbəri Rafael Qrossi İrana səfərdən qayıtdıqdan sonra martın 4-də Vyanada jurnalistlərə açıqlamasında deyib.

Onun İran hökuməti ilə apardığı danışıqlarda Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə sazişin bərpası imkanları müzakirə edilib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatına görə, İran üç nüvə obyektinin yoxlanmasına icazə verib.

Tərəflər yaxın vaxtlarda Tehranda keçiriləcək görüşdə gələcək əməkdaşlıq şərtlərini müzakirə edəcəklər. Amma dəqiq tarix bilinmir.

Qrossi İranın nüvə obyektlərinin monitorinqi üçün kameralar və digər avadanlıqlar quraşdırmağa hazır olduğunu bildirib.

Onun sözlərinə görə,tərəflər bu məsələ ilə bağlı mövqelərində “aydın yaxşılaşmaya” nail olublar.

Xatırlatma.

İran 2015-ci ildə 6 dünya ölkəsi ilə əldə edilmiş və sonradan Birləşmiş Ştatların ondan çıxmasına görə pozulmuş müvə sazişinin bərpasına çalışır.

Həmin sazişdə İranın nüvə fəaliyyətini dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların ləğvi nəzərdə tutulurdu.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən birtərəfli qaydada çıxdə və İrana qarşı sərt sanksiyalar tətbiq etdi. Tehran da bunun əvəzində müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən tədricən çıxmağa başladı.

Prezident Co Bayden bildirib ki, əgər Tehran qaydalara ciddi əməl etməyə başlasa ABŞ yenidən bu razılaşmaya dönə bilər.

XS
SM
MD
LG