Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:56

Antihicab etirazları yenidən baş qaldırır?


İranda bir qadın paytaxt Tehranın mərkəzində ölkənin sərt hicab qaydalarına qarşı etiraza başlayıb.

Oktyabrın 29-da sosial mediada paylaşılmış şəkil və videolarda sıx nəqliyyat hərəkətı olan İnqilab meydanında, mavi günbəzin üstündə baş örtüyünü yellədən qadın görünür. Onun yanında qırmızı və ağ şarlar da var.

Onun bu dinc etirazı bu ilin əvvəllərində baş vermiş antihicab nümayişlərindən bəri ilk belə hadisədir.

Sözü gedən antihicab etirazları zamanı Tehranda və başqa şəhərlərdə onlarla qadın həbs təhlükəsinə baxmayaraq nümayişkəranə şəkildə hicablarını açmışdı.

“İnqilab küçəsinin qızları” adını qazanmış bu qadınlar ötən ilin dekabrında hicabını açmış gənc ana Vida Movahedidən nümunə götürmüşdülər. Movahedi elektrik transformatorunun üstünə qalxaraq hicabını çıxarmışdı. Həmin fotoların yayıldığı vaxtlarda İranda həm də bahalığın artmasına etiraz səsləri eşidilirdi.

Sonunda Movahedi həbs olunmuş, həbsxanada bir müddət qaldıqdan sonra buraxılsa da, insan haqları müdafiəçisi Nasrin Sotoudeh-in dediyinə görə təkrar həbs edilmişdi.

Antihicab etirazları yanvar-fevral aylarında geniş vüsət almış, lakin 20-dək qadının həbsindən sonra tədricən səngiyərək bitmişdi.

Ötən iyunda hakimiyyət orqanları Sotoudeh-in özünü həbs etmişdi, beləki vəkil antihicab etirazçılarından bir neçəsinin hüquqlarını müdafiə edirdi.

İnsan haqları müdafiəçisi Nasrin Sotoudeh
İnsan haqları müdafiəçisi Nasrin Sotoudeh

AzadlıqRadiosu yazır ki, son antihicab etirazçısının kimliyi bilinmir. Videoda onun iki kişi tərəfindən günbəzdən düşürüldüyü və güman ki, polisə aparıldığı görünür.

Bu şəkilləri mediada yayanlardan ikisi keçmiş antihicab etirazçısıdır.

Ötən fevralda öz etirazını görüntüləyən videolarla gündəmə gəlmiş Azam Jangravi deyir ki, “biz hər gün artacaq və mübarizəmizi dayandırmayacağıq”.

Başqa bir antihicab etirazçısı, Maryam Shariatmadari polis onu çıxdığı qutunun üstündən salmağa çalışarkən xəsarət almışdı.O özünün Twitter hesabından yazıb: "Siz bizi yerə salmaq üçün əlinizdən gələni edin. Biz hər gün bir az da yüksəyə qalxacağıq”.

İran hakimiyyət orqanları bildirir ki, bu ilin əvvəllərindən baş örtüklərini çıxardığına görə 29 qadın həbs edilib.

Onlardan azı üçünün “milli təhlükəsizliyə hədə yaratmaq”, “ictimai əxlaq normalarını pozmaq” və “əxlaqsızlığı və ya fahişəliyi təşviq etmək” ittihamları ilə məhkum edildiyi xəbər verilib.

Onlardan biri - Shaparak Shajarizadeh iyul ayında yazmışdı ki, ona, məhkum edildiyi şərti 18 il azadlıqdan məhrumetmə cəzasından əlavə iki il də iş kəsilə bilər. Qadın yazırdı ki, o, artıq İranı tərk edə bilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG