Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

ABŞ 81 yaşlı məhbusun səhhətinə görə İranı məsul sayır


İranlı-amerikalı Baquer Namazi (solda) və onun oğlu Siamak Namazi
İranlı-amerikalı Baquer Namazi (solda) və onun oğlu Siamak Namazi

Birləşmiş Ştatlar bəyan edib ki, Tehran bu həftə qısa tibbi müayinədən sonra təkrar həbsxanaya qaytarılmış 81 yaşlı iranlı-amerikalı kişinin səhhəti üçün tam məsuliyyət daşıyır.

Ağ Ev fevralın 7-də bildirib ki, Baquer Namazinin “təcili və davamlı tibbi baxıma ehtiyacı var və Birləşmiş Ştatlar onun salamatlığına görə İranı tam məsuliyyətli tutur”.

Vəkil Jared Genser fevralın 6-da deyib ki, İran hakimiyyət orqanları qısa müayinə üçün azad etdikdən sonra Namazini təkrar Evin həbsxanasına aparıb.

Genser bidlirib ki, İran hökumətinin öz tibbi ekspertinin məsləhətinə rəğmən qəbul olunmuş bu qərar onun müştərisi üçün “ölüm hökmünə” bərabərdir.

Namazi həbsxanada olarkən onun ürəyinə şunt qoyulması üçün cərrahiyyə edilib və Genser onun səhhətinin ağırlığı ilə əlaqədar birdəfəlik azad edilməsini istəyirdi.

Ağ Evin bəyanatında deyilir ki, “o ötən il ərzində dörd dəfə xəstəxanaya qoyulub və həyatı üçün təhlükəli olan durumda qalmaqda davam edir”.

Fevralın 6-da Dövlət Departamenti bəyan edib ki, Namazinin yenidən həbsxanaya göndərilməsindən “son dərəcə məyus olub”.

UNICEF-in pensiyada olan keçmiş işçisi Baquer Namazi və onun oğlu Siamak ötən ilin oktyabrında ABŞ hökuməti üçün casusluqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Bu ittihamlar onların ailəsi və ABŞ hökuməti tərəfindən rədd edilir.

Namazilərdən başqa İran həbsxanalarında daha bir neçə ikili vətəndaşlığı olanlar var. Təhlilçilər düşünürlər ki, İran bu adamları Qərblə sövdələşmədə istifadə üçün saxlayır.

Ağ Ev fevralın 7-də “Baquer Namazi, onun oğlu Siamak Namazi, Kziyo Vanq və Robert Levinson də daxil İranda həbs edilmiş və ya itkin düşmüş bütün ABŞ vətəndaşlarının dərhal və qeyd-şərtsiz azad edilməsinə” çağırıb.

Prinston Universitetinin tələbəsi Vanq casusluq ittihamı ilə 10 il həbsxana cəzasına məhkum edilib. O 2016-cı ilin avqustunda İranda Qacar sülaləsinə dair tarixi araşdırma apardığı vaxt həbs olunub.

Keçmiş FTB agenti Levinson belə görünür İran sahilindəki adalardan birinə gedərkən 2007-ci ilin martında itkin düşüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG