Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

İranda saxta spirtli içkilərdən kütləvi zəhərlənmələr davam edir


İran polisi hər il böyük həcmlərdə spirtli içki müsadirə edir (Foto arxivdəndir)
İran polisi hər il böyük həcmlərdə spirtli içki müsadirə edir (Foto arxivdəndir)

İran Səhiyyə Nazirliyinin verdiyi məlumatda deyilir ki, saxta spirtli içkilərdən ölənlərin sayı 42-yə çatıb.

Nazirliyin sözçüsü Iraj Harirchi oktyabrın 1-də bəyan edib ki, son üç həftədə ölkənin 5 vilayətində ümumilikdə 460 nəfər əldəqayırma alkoqollu içkidən zəhərlənərək xəstəxanalara yerləşdirilib.

Harirchi deyib ki, zəhərlənənlərdən 16 nəfəri kor olub və daha 170 nəfər dializ əməliyyatından keçirilib.

Hörmüzqan vilayəti ədliyyəsinin başçısı Mohammad Sadegh Akbari deyib ki, saxta içkilərin hazırlanması ilə bağlı olduğu güman edilən 7 nəfər saxlanıb.

Ötən həftə Hörmüzqan vilayətində yerləşən Bəndər Abbas liman şəhərində evlərində saxta içki hazırlayan ər-arvadın həbs edildiyi xəbər verilmişdi.

Saxta alkoqollu içkidən Şimali Xorasan, Əlbürz, Kuhquliye və Boyar Əhməd vilayətlərində də ölənlərin olduğu xəbər verilir.

1979-cu il İslam İnqilabından bəri İranda spirtli içkilərin istehlakı qadağandır. Belə qanun pozuntularına görə şallaq və pul cərimələri nəzərdə tutulub.

Lakin spirtli içkilərin qəti qadağan olmasına baxmayaraq bir çox iranlılar evlərdə hazırlanan və ya xaricdən gətirilən spirtli içkiləri qəbul etməkdə davam edirlər.

Son illərdə İranda spirtli içkilərdən bir neçə kütləvi zəhərlənmə halları baş verib. 2014-cü ildən ölkədə alkoqolizmdən müalicə mərkəzləri açılıb.

Bu ayın əvvəllərində Tehran yaxınlığındakı Kərəc şəhərində bir qadın da daxil dörd nəfər əldəqayırma spirtli içkidən zəhərlənərək ölmüşdü.

ISNA xəbər agentliyinin məlumatına görə sentyabrın 11-də baş vermis alkoqol zəhərlənməsi nəticəsində 40 nəfər xəstəxanaya düşüb.

İran rəsmiləri xəbər verirlər ki, ölkəyə hər il qaçaqmalçılıq yolu ilə dəyəri 730 milyon dollar olan 80 milyon litr spirtli içki gətirilir.

BBC xəbər verir ki, İranın milli valyutası rialın dəyərdən düşməsi ilə əlaqədar iranlıların bir çoxu xaricdən gətirilən bahalı içkilərdənsə, evlərdə hazırlanan saxta spirtli içkilərə üstünlük verir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG