Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 17:39

İran İlham Əliyevin bəyanatından təəccübləndiyini bildirib


İran Xarici İşlər Naziliyinin sözçüsü Səid Xatibzadə
İran Xarici İşlər Naziliyinin sözçüsü Səid Xatibzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə xatırladıb ki, İranın şimal-qərbində hərbi təlimlər keçirməsi onun ölkəsinin suveren hüququdur.

“Azərbaycan prezidentinin son bəyanatları bizi təəccübləndirib”.

The Tehran Times qəzetinin saytında dərc edilmiş xəbərə görə, İran Xarici İşlər Naziliyinin sözçüsü Səid Xatibzadənin sentyabrın 28-də açıqladığı bəyanatda belə deyilir:

“Azərbaycan prezidnetinin bu rəyini bildirmə forması bizim üçün gözlənilməz olub, çünki ölkələrimiz arasında qarşılıqlı ehtirama söykənən yaxşı qonşuluq münasibətləri mövcuddur və aramızda ən yüksək səviyyədə təmasların həyata keçirilməsi üçün normal kanallar da vardır”.

Xatibzadə xatırladıb ki, İranın şimal-qərbində hərbi təlimlər keçirməsi onun ölkəsinin suveren hüququdur.

Yaxşı qonşuluq

İran XİN-in sözçüsü daha sonra vurğulayıb ki, Tehran bölgə ölkələrinin ərazi bütövlüyünün və mövcud sərhədlərinin toxunulmazılığının qorunmalı olduğunu hər bir fürsətdə bəyan rdib.

Xatibzadə deyib ki, “yaxşı qonşuluq münasibətlərinin bütün qonşular tərəfindən nəzərə alınması ən önəmli məsələlərdən biridir”.

Bunun ardınca Səid Xatibzadə İranın keçirdiyi hərbi təlimlərin ölkənin təhlükəsizlyinə xidmət etdiyini xatırladıb:

"Bu bir suverenlik məsələsidir və bütün bölgənin sülh və sabitliyi üçün həyata keçirilir. İranın onun sərhədləri yaxınlığında Sionist rejiminin hətta mərasim xarakterli varlığına dözümlülük göstərməyəcəyi və bu kontekstdə milli təhlükəsizliyi üçün gərəkli bildiyi hər cür tədbirləri keçirəcəyi aşkardır”.

İran XİN-in sözçüsü “Sionist rejimi” ifadəsinin təfərrüatlarını açıqlamayıb. İran rəsmiləri adətən İsraili belə adlandırırlar.

Başqa rəsmilər də reaksiya veriblər

Səid Xatibzadə Azərbaycan və İran arasında mövcud olan diplomatik münasibətlərdən də söz açıb.

O deyib ki, iki ölkənin xarici işlər nazirləri bugünlərdə Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının kuluarlarında görüşərək İranı və Azərbaycanı narahat edən məsələləri təfərrüatlı müzakirə ediblər.

The Tehran Times saytı habelə bildirir ki, sentyabrın 28-də İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Mahmud Abbaszadə Meşkini də Təsnim agentliyinə müsahibəsində İran və Azərbaycan xalqları arasında “dini, mədəni və etnik yaxınlıqdan” bəhs edib.

Meşkini bildirib ki, iki qonşu arasında heç bir davranış gərginliyə əsas verməməlidir.

Sözçü deyib ki, belə bir gərginlikdən “yalnız əcnəbilər, xüsusilə Sionist rejim” faydalana bilər.

İlham Əliyev sentyabrın 27-də Türkiyənin Anadolu agentliyinə müsahibəsində demişdi ki, İranın Azərbaycan sərhədinin yaxınlığında hərbi təlimlər keçirməsi təəccüb doğuran bir məsələdir. Prezidentin vurğulamasına görə, Azərbaycanın 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdı...

XS
SM
MD
LG