Keçid linkləri

2024, 07 İyun, Cümə, Bakı vaxtı 17:08

İran ABŞ-ı nüvə danışıqlarını yubatmaqda ittiham edir


Vyanda danışıqlar keçirilən otelin qarşısında etiraz edənlər, arxiv fotosu
Vyanda danışıqlar keçirilən otelin qarşısında etiraz edənlər, arxiv fotosu

Kənaninin sözlərinə görə, İran legitim hüquqlarını qoruyacaq davamlı razılaşma istəyir

Avropanın baş diplomatı Jozep Borrel bu həftə nüvə sazişinin bərpası üzrə əlavə danışıqların keçirilə biləcəyini deyib.

“Ötən həftənin sonuna Vyanaya görüş planlaşdırılmışdı, ancaq alınmadı. Bu həftə keçirilməsi mümkündür”, – Borrel avqustun 22-də İspaniyada mətbuat konfransında söyləyib.

Diplomat İranın sazişlə bağlı yekun təkliflərə cavabının Birləşmiş Ştatlara ötürüldüyünü, Vaşinqtonun hələlik, rəsmi cavab vermədiyini bildirib.

“Onların cavabını gözləyirik və ümid edirəm ki, cavab bizə danışıqları bitirməyə imkan verəcək”, – Borrel vurğulayıb.

***

İran iddia edir ki. Vaşinqton nüvə sazişinin bərpası üzrə dolayısı ilə qatıldığı danışıqları “yubadır”. Tehran ABŞ-la məhbus mübadiləsinin nüvə danışıqlarına bağlı olmadığını da bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani avqustun 22-də Tehranda mətbuat konfransında deyib ki, danışıqlarda həll olunmalı bir neçə maddə qalıb, ancaq onlar çox vacib müddəalardır.

Davamlı razılaşma

“Amerikalılar yubadırlar, Avropa tərəfdən isə fəaliyyətsizlik var... Razılaşma Amerika və Avropaya İrandan daha artıq lazımdır”, – o vurğulayıb.

Kənaninin sözlərinə görə, İran legitim hüquqlarını qoruyacaq davamlı razılaşma istəyir.

İranın 2015-ci ildə ABŞ, Fransa, Almaniya, Britaniya, Rusiya və Çinlə imzaladığı nüvə sazişində uran zənginləşdirmənin məhdudlaşdırılması qarşılığında Tehrana iqtisadi sanksiyaların qaldırılması nəzərdə tutulur.

İranın istədiyi zəmanət

Keçmiş prezident Donald Tramp 2018-ci ildə Vaşinqtonu birtərəfli qaydada nüvə paktından çıxararaq Tehrana ağır sanksiyaları bərpa edib. İran isə bundan sonra tədricən öhdəliklərindən geri çəkilməyə, uran zəngindləşdirməni genişləndirməyə başlayıb.

Bir neçə aylıq fasilədən sonra avqustun 4-də İran, Rusiya, Avropa İttifaqından təmsilçilər Vyanada danışıqları bərpa edib. ABŞ danışıqlarda dolayısı ilə iştirak edir.

İran sazişin bərpa olunacağı halda gələcəkdə ABŞ-ın heç bir prezidentinin sənəddən çıxmayacağına zəmanət almaq istəyir.

Ancaq Prezident Co Bayden belə bir qəti zəmanət verə bilməz, çünki nüvə sazişi hüquqi qüvvəsi olan sənəddən çox, siyasi anlaşmadır.

Məhbus mübadiləsi

Kənani onu da deyib ki, Birləşmiş Ştatlarla məhbus mübadiləsi sazişi nüvə danışıqları ilə əlaqəli deyil.

Tehran hazırda ABŞ-da həbsdə olan ondan çox iranlının qaytarımasına çalışır. Vaşinqton da İran əsilli amerikıların azadlığına nail olmağa çalışır. Onlardan biri 2015-ci ilin oktyabrında həbs edilmiş biznesmen Siamək Namazidir.

“Vaşinqtonla məhbus mübadiləsinin ayrıca məsələ olduğunu, 2015-ci il paktının bərpası danışıqları ilə əlaqəsi olmadığını vurğulamaq istəyirik”, – o vurğulayıb.

XS
SM
MD
LG