Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:17

ABŞ-ın İran ordusunun komputer sisteminə kiberhücum etdiyi bildirilir


ABŞ-ın RQ-4 Global Hawk dronu.
ABŞ-ın RQ-4 Global Hawk dronu.

ABŞ-ın İran silahlı qüvvələrinin komputer sisteminə kiberhücum etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosu iyunun 23-də “Vaşinqton Post” və AP agentliyinə istinadla xəbər verir.

Qeyd edək ki, bu xəbər İranın iyunun 20-də ABŞ-ın kəşfiyyat dronunu vurmasından bir neçə gün sonraya təsadüf edir.

Məlumata görə kiperhücum, dronun vurulmasından bir neçə saat sonra baş verib.

Həmin mənbələrin adı çəkilməyən ABŞ rəsmilərinə istinadla verdikləri məlumata görə, buna icazəni prezident Donald Trump verib.

Məlumata görə, kiberhücumun hədəfi, raketburaxan sistem olub.

Məlumatda bildirilir ki, ABŞ rəsmiləri əməliyyatın uğurlu sayırlar.

Amma Pentaqon bu məlumatı şərh etməkdən imtina edib.

Həmçinin prezident Donald Trump hələlik məlumata münasibət bildirməyib.

Qeyd edək ki, bundan əvvəl, Trump iyunun 20-dən 21-nə keçən gecə İrana zərbə endirilməsi barədə əmri son anda təxirə salması barədə məlumat yayılmışdı.

Buna da bax: Trump İrana zərbəni son anda təxirə saldığını deyib

“New York Times” qəzeti qaynaqlarına istinadla xəbər vermişdi ki, prezident İranın ABŞ-ın kəşfiyyat təyyarəsini vurmasına cavab olaraq bu ölkənin bəzi hərbi obyektlərinə zərbə endirilməsi barədə əmr verməyə hazır olub, ancaq son anda-buna 10 dəqiqə qalmış fikrindən daşınıb.

“Zərbə endirilməsinə 10 dəqiqə qalmış mən onu dayandırdım. Zərər pilotsuz təyyarənin itkisi ilə proporsional olmazdı”, - Trump Twitter-də yazıb.

Prezidentin sözlərinə görə zərbə İran ərazisində üç obyektə endirilməli imiş.

Amma Donald Trump iyunun 24-də İrana qarşı yeni sanksiyalar tətbiq ediləcəyini demişdi.

Son bir ildə Birləşmiş Ştatlarla İranın münasibətləri daha da gərginləşib.

ABŞ Prezidenti Donald Trump ötən ilin mayında İranla 2015-ci il ildə imzalanmış nüvə sazişindən çıxaraq, ona qarşı sanksiyaları bərpa etdi.

Bundan sonra-bu yaxınlarda Fars körfəzi regionunda bir neçə neft tankerinə hücum edildi və bu , münasibətləri daha da gərginləşdirdi.

ABŞ bu hücumlara görə İranı günahlandırır,Tehran ittihamı rədd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG