Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 02:06

İran ona məxsus dronun vurulmasını inkar edir


Abbas Araghchi İran xarici işlər nazirinin müavini

Iran, ABŞ-ın onun pilotsuz aparatını vurması barədə məlumatı təkzib edib.

Bu barədə Azadlıq Radiosu iyulun 19-da Reuters və digər informasiya agentliklərinə istinadla xəbər verir.

İran xarici işlər nazirinin müavini Abbas Araghchi iyulun 19-da Tvitterdə yazıb ki, “Tehran Hörmüz boğazı və ya hansısa başqa yerdə bir dənə də olsun dron itirməyib”.

Xarici işlər naziri Javad Zarif də bundan əvvəl Tehranda belə bir məlumat olmadığını deyib.

O Vaşinqtonu, “özünü və bütün dünyanı uçuruma aparmaqda” günahlandırır.

Zarif BMT-nin toplantısı çərçivəsində jurnalistlərə deyib ki, ABŞ iqtisadi sanksiyalarla “İran xalqını aclığa düçar etmək və onun xəzinəsini boşaltmağa çalışır”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bundan əvvəl, ABŞ-ın Hörmüz boğazında İrana məxsus dronu vurduğunu bəyan edib.

Onun sözlərinə görə, ABŞ-ın Boxer hərbi gəmisi dronu onun min metrliyində uçaraq təhdid etdiyinə və əmrlərə tabe olmadığına görə vurub.

Qeyd edək ki, ABŞ 2018-ci ildə İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxaraq ona qarşı sanksiyaları bərpa elədi.

Tehransa buna cavab olaraq uran zənginləşdirilməsi üzərində işi bərpa elədi.

2015-ci ildə İranla həmin sazişi ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin imzalamışdı.

ABŞ hakimiyyəti İranı nüvə sazişinin şərtlərini pozmaqda və beynəlxalq terrorçuluğu dəstəkləməkdə ittiham edir.

ABŞ həmçinin hesab edir ki, bu günlərdə Fars körfəzi regionunda neft tankerlərinə edilmiş hücumların arxasında İran durur.

Tehran ittihamları rədd edir.

İranla imzalanmış nüvə sazişindəTehranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı sanksiyaların ləğvi nəzərdə tutulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG