Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:31

ABŞ İrana qarşı yeni sanksiya tətbiq etdi


Tehran, köhnə bazar, 4 mart, 2019
Tehran, köhnə bazar, 4 mart, 2019

ABŞ-ın maliyyə nazirliyi “İranın Fars körfəzindəki neftayırma şirkəti”nə (PGPİC) yeni sanksiya tətbiq edib.

AzadlıqRadiosunun iyunun 8-də Reuters və AP agentliklərinə istinadla verdiyi məlumata görə, məqsəd İranın uran zənginləşdirilməsi, nüvə və ballistik raket proqramının məhdudlaşdırılması ilə bağlı Tehranı yeni danışıqlara məcbur etməkdir.

İyunun 7-də elan edilən sanksiya, PGPİC və 39 törəmə şirkət və xarici satışla məşğul olan agentliklərə şamil edilir.

İran bəyan edib ki, bu addım, ABŞ prezidenti Donald Trump-ın danışıqlara ciddi yanaşmadığını göstərir.

ABŞ Maliyyə nazirliyinin bəyanatında deyilir ki, İranın PGPİC şirkəti ABŞ-ın bu yaxınlarda terrorçu təşkilatlar siyashısına saldığı İran islam inqilabı qvardiyasına maliyyə dəstəyi göstərir.

İran xarici işlər nazirliyinin sözçüsü Abbas Mousavi iyunun 8-də yeni sanksiyanı “iqtisadi terrorçuluq” və ABŞ-ın İrana qarşı yeritdiyi “düşmənçilik” siyasətinin davamı adlandırıb.

İranla Birləşmiş Ştatların münasibətləri son bir ildə daha da pisləşib.

Vaşinqton ötən il, İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxandan sonra ona qarşı iqtisadi sanksiyaları bərpa edib.

Həmin saziş 2015-ci ildə imzalanıb.

ABŞ prezidenti Donald Trump ötən il sazişi tənqid edərkən demişdi ki, bu razılaşmada İranın raket və nüvə proqramları, habelə onun Yaxın Şərqdəki “ziyanlı fəaliyyətləri” nıəzərə alınmayıb.

Son həftələrdə Hörmüz boğazı ətrafında baş verənlər isə gərginliyi xeyli artırıb.

Ayın əvvəllərində ABŞ regiona əlavə hərbi qüvvələr göndərdiyini bildirib. Vaşinqtopn bildirir ki, bu, İrandan gələ bilən “real təhlükələrin” qarşısını almaq üçündür.

ABŞ və Səudiyyə bu günlərdə Birləşmiş Ərəb Əmirlikləri sahilində neft tankerlərinə hücumlara görə İranı ittiham edirlər. Tehran bu iddiaları qətiyyətlə rədd edir.

Buna da bax: Məkkə sammitində İranı pisləyirlər

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG