Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:45

Iranda seçim anı - 2016-cı il bu ölkəni dəyişə bilər...


İranın Kərəc şəhərində ABŞ-ın məşhur restoranlar şəbəkəsi KFC, 27 fevral 2012
İranın Kərəc şəhərində ABŞ-ın məşhur restoranlar şəbəkəsi KFC, 27 fevral 2012

.

İranla razılaşma təhlükədə...

Iran prezidenti Hasan Rohani ABŞ-ın sanksiyalarına cavab olaraq dekabrın 30-daölkənin raket proqramının genişləndirilməsini göstəriş verib.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Ağ Ev İranın ötən ilin oktyabrında ballistik raketlərin sınağını keçirməsinə görə, Tehrana qarşı yeni sanksiyalar hazırlayır.

BMT müşahidəçilərinin sözlərinə görə sınaqdan keçirilən bu raketlər nüvə başlığı daşıya bildiyindən BMT təhlükəsizlik şurasının qətnamələrinə ziddir.

“Wall Street Journal” və “Reuters”in məlumatına görə, yeni sanksiyalar onlarla şirkət və fiziki şəxsə şamil ediləcək.

İran və altı lider dövlət arasında nüvə danışıqları 2015-ci ilin xəbər başlıqlarından düşmədi. Yeni 2016-cı ildə isə əldə olunmuş razılaşmanın İranın gələcəyini necə formalaşdıracağı gözlənirdi.

Tehran 2 seçim qarşısında - Parlamentə kimlər gəlir?

2016-cı ilin ilk yarısında razılaşma qüvvəyə minəndən sonra iqtisadi sanksiyalar aradan qaldırılmalı idi. Bundan əvvəl, fevralın 26-da İranda iki əsas seçki keçiriləcək.

Onlardan biri yeni parlament seçkisidir. Bu seçki hazırda mühafizəkarların dominantlıq etdiyi parlamenti yenidən qurmaq və yerli səviyyədə hiss oluna biləcək dəyişikliklər gətirmək potensialı var.

Digər seçki isə Ekspertlər Məclisini seçəcək. Bu seçki ölkənin Ali Dini Lideri Ayatollah Ali Khameneinin varisini müəyyən edə bilər.

2012-ci ildə seçilmiş hazırkı parlamentdə mühafizəkarlar çoxluq təşkil edir. Bu parlament prezident Hassan Rohaninin işini həmişə çətinləşdirib. Rohani 2013-cü ildə hakimiyyətə iqtisadi və sosial islahatlar və İranın nüvə proqramı ilə bağlı durğunluğa son qoymaq üçün beynəlxalq ictimaiyyətlə işləmək barədə vədlərlə gəlmişdi.

Əgər hökumətyönlü və daha mötədil namizədlər parlamentdə yer qazansalar bu, ən azı nəzəri cəhətdən, Rohaninin iqtisadi islahatları qəbul etdirmək üçün əl-qolunu aça və onun ikinci dövr üçün prezident seçilməsinə kömək edə bilər.

Bütün danışıqlar prosesi ərzində mühafizəkarlar nüvə razılaşmasına qarşı oldular. Onlar Rohaninin iranlılara sosial və mədəni azadlıqlar vermək cəhdlərinə də mane olublar.

Əgər hökumətyönlü və daha mötədil namizədlər parlamentdə yer qazansalar bu, ən azı nəzəri cəhətdən, Rohaninin iqtisadi islahatları qəbul etdirmək üçün əl-qolunu aça və onun ikinci dövr üçün prezident seçilməsinə kömək edə bilər.

Reallıqda isə dini təsisatların hökumətdə kimlərin təmsil olunmasına ciddi nəzarəti var. Hətta mötədillər seçkini udsalar belə Rohani əsas institutların başında duran mühafizəkarların təzyiqinə məruz qalacaq. Bu institutlara məhkəmələr və İslam İnqilabi Mühafizə Korpusu (Bəsic) da daxildir.

Rand Korporasiyasının İran üzrə təhlilçisi Alireza Nader deyir ki, parlamentin islahatçı çoxluğunun qayıdışı 2016-cı ildə baş verməyəcək.

İkinci seçim - yeni Ali Dini Lider kimdən xeyir-dua alacaq?

Ekspertlər Məclisinin işi isə ali lideri seçmək və onun işinin monitorinqi ilə məşğul olmaqdır.

76 yaşlı hazırkı ali dini liderin 2014-cü ildən bəri prostat xərçəngindən müalicə olunduğu bildirilir. Bu da o vəfat edəndən sonra Ekspertlər Məclisində mötədillərin təmisl olunduğu təqdirdə baş verə biləcək dəyişikliklər barədə spekulyasiyalara yol açır.

Potensial namizədlər 12 üzvdən ibarət Mühafizə Şurasının xeyir-duasını almalıdırlar. Bu şuranın tərkibi ali liderin təsiri altında formalaşır. Bu təsisatın islahat tərəfdarlarını və ali liderə kifayət qədər sədaqət nümyiş etdirməyənləri uzaqlaşdırması məlum faktdır.

2016-cı ilin seçkiləri İran üçün ona görə vacibdir ki, yeni Məclis Khameneinin varisini seçə bilər.

76 yaşlı hazırkı ali dini liderin 2014-cü ildən bəri prostat xərçəngindən müalicə olunduğu bildirilir. Bu da o vəfat edəndən sonra Ekspertlər Məclisində mötədillərin təmisl olunduğu təqdirdə baş verə biləcək dəyişikliklər barədə spekulyasiyalara yol açır.

Alireza Naderi deyir ki, Khamenei ona sadiq olanların növbəti məclisdə çoxluq təşkil etməsinə çalışacaq, nəticədə yeni məclis də özündən əvvəlkinə bənzəyəcək.

İran üzrə görkəmli təhlilçi Reza Alijani isə deyir ki, İranda seçkinin nəticələrini əvvəlcədən bilmək bir qayda olaraq çətin olur.

"İran cəmiyyəti sürprizlərlə doludur. Əgər siyasi qüvvələr, vətəndaş cəmiyyəti və hökumət aktiv olarsa, xüsusən də nəzarət prosesi ilə bağlı [Ekspertlər Məclisində] bəzi [dəyişikliklər] görə bilərik," - deyə o bildirib.

Ayatollah Ruhollah Khomeininin nəvəsi Hassan Khomeini də Ekspertlər Şurasında yer qazanmaq ümidilə siyasətə qoşulur. 43 yaşlı Khomeininin islahatçı olduğu deyilir. O hesab edir ki, babasının İslam İnqilabı səhv başa düşülüb.
Nəvə Khomenei də siyasətə gəlir

Mübarizəni bir qədər də maraqlı edən amil Ayatollah Ruhollah Khomeininin nəvəsi Hassan Khomeininin Ekspertlər Şurasında yer qazanmaq ümidilə siyasətə qoşulmasıdır.

Maraqlıdır ki, 43 yaşlı Khomeininin islahatçı olduğu deyilir. O hesab edir ki, babasının İslam İnqilabı səhv başa düşülüb. Onun 1997 - 2005-ci illər arasında hakimiyyətdə olmuş islahatçı prezident Mohammad Khatamiyə yaxın olduğu bildirilir.

Bundan başqa 2007-2011-ci illərdə Ekspertlər Məclisinin başında durmuş mərkəzçi Akbar Hashemi Rafsanjaninin də namizədlər arasında olduğu bildirilir.

Qeyd edilir ki, 2016-cı ilin siyasi gərginliklə dolu olacağı gözlənilir.

Təhlilçi Reza Alijani vurğulayıb ki, Rafsanjani və digər yüksək səviyyəli fiqurların namizədliyinin Mühafizə Şurası tərəfindən rədd ediləcəyi təqdirdə gərginlik arta bilər.

Bundan başqa, fevral seçkiləri yaxınlaşdıqca prezident Rohani ilə mühafizəkarlar arasındakı münasibətlər daha da gərginləşə bilər.

2015-ci ildə nüvə razılaşması kontekstində bu iki qüvvə arasında fikir ayrılığı aydın görünürdü. Bundan başqa, Rohaninin aralarında jurnalistlər və İran mənşəli Amerika iş adamının, habelə livanlı informasiya texnologiyaları ekspertinin həbsini tənqid etməsi də onlar arasında fərqi ortaya qoydu.

Rohani mühafizəkarları Khameneinin ABŞ-ın mümkün müdaxiləsi barədə xəbərdarlığından bəhanə kimi istifadə edərək öz rəqiblərini həbs etməkdə ittiham edib.

Tehranın daha bir dilemması - Suriyada Bashar al-Assad, yoxsa, ABŞ-la əməkdaşlıq?

İranla ABŞ arasında münasibətlərin istiləşməsi özünü başqa bir sahədə, İslam dövləti yaraqlılarına qarşı mübarizə sahəsində də maraqlıdır.

Alireza Naderin fikrincə, Khameneinin istədiyi sanksiyaların qaldırılması, İranda hər hansı daxil islahatların qarşısının alınması və ABŞ-la münasibətlərin məhdudlaşdırılmasıdır. Həm də ABŞ-la hər hansı əməkdaşlıq İranın öz müttəfiqi, Suriya prezidenti Bashar al-Assadi dəstəkləməsini çətinləşdirir.

İyulda nüvə razılaşması əldə olunandan sonra da mühafizəkarlar arasında anti-ABŞ ritorikasının mövcud olması deməyə əsas verir ki, Vaşinqtonla əlaqələrin yaxşılaşdırılması cəhdlərinə qarşı müqavimət hələ də olacaq.

Khamenei son sözü deyir. O isə 2015-ci ilin son həftələrində ABŞ-ın İslam Respublikasına ziyan vurmaq cəhdlərindən danışıb.

Sərmayəçilər İran üçün növbəyə düzülür...

Nüvə razılaşmasının tam tətbiqinin ardınca xarici investisiyaların qarşısında duran əsas maneə kimi iqtisadi sanksiyaların mərhələli şəkildə aradan qaldırılması baş verəcək.

Rohani iyulda əldə edilmiş razılaşmanı "dünyayla əməkdaşlığın" başlanğıcı adlandırıb və demək olar ki, bundan dərhal sonra xarici biznes nümayəndələri İran bazarına daxil olmaq üçün növbəyə düzülüblər.

Bundan başqa, İran 50 milyard dollardan artıq olduğu deyilən dondurulmuş vəsaitə çıxış əldə edəcək. Ölkə bu məbləği iqtisadiyyatın çətin dövr keçirən sahələrinin dirçəltmək və işsizliyi azaltmaq üçün xərcləyə bilər.

İran sanksiyalar nəticəsində təqribən yarıbayarı azalmış neft ixracatını artırarmağa hazırlaşır. Noyabrda ölkənin Neft naziri Bijan Zangeneh deyib ki, Tehran sanksiyaların qaldırılmasından sonra gündə əlavə olaraq 500 min barrel neft ixrac etməyi planlaşdırır.

Beynəlxalq Maliyyə İnstitutunun Yaxın Şərq və Şimali Afrika üzrə baş iqtisadçısı Garbis Iradian İranın qısa müddətdə iqtisadi artıma nail olacağını proqnozlaşdırır:

"İqtisadi sanksiyaların aradan qaldırılması, enerji sektoruna xarici təcrübənin qayıtması və avadanlığın idxalı artıq 2016-cı ilin sonunda xam neft ixaracatının sanksiyalardan əvvəlki dövrdəki səviyyəyə qayıtmasına imkan verəcək. Hər şey yolunda gedərsə iqtisadi artım 2015-ci maliyyə ilindəki ilindəki 1%-dən gələn il 6%-ə yüksələcək. "

Rohani iyulda əldə edilmiş razılaşmanı "dünyayla əməkdaşlığın" başlanğıcı adlandırıb və demək olar ki, bundan dərhal sonra xarici biznes nümayəndələri İran bazarına daxil olmaq üçün növbəyə düzülüblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG