Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:31

İranda yoluxmalar 4 milyonu keçir, dünyada...


Tehran, 2 avqust
Tehran, 2 avqust

Səhiyyə rəsmiləri əhalinin 40 faizindən də azının maska taxmaq, sosial məsafə gözləmək qaydalarına əməl etdiyini bildirirlər

Avqustun 4-də İranda koronavirusa aşkarlanmış ümumi yoluxma sayı 4 milyonu keçib. Hazırda yüksək yoluxucu delta variantı yoluxmaları sürətlə artırır.

Ölkədə son 24 saat ərzində 39 mindən çox yoluxma, 409 ölüm qeydə alınıb. Ümumi ölü sayı isə 92 mindən artıqdır.

83 milyon əhalisi olan İranda real yoluxma və ölü sayının daha yüksək olduğu düşünülür.

Cəmi 2.8 milyon nəfər

Vaksinasiya isə elə də sürətlə getmir. 11 milyondan çox adama ilkin doza, cəmi 2.8 milyon nəfərə isə hər iki dozanın vurulduğu bildirilir.

Ali dini lider Ayətulla Əli Xameneyi avqustun 2-də “gərəkən addımlar”la bağlı göstəriş verib. Bu arada hakim orqanlar “beşinci dalğa” xəbərdarlığı edir. Səhiyyə naziri Səid Namaki ikihəftəlik qapanma xahişi edib.

Artıq xeyli şəhərdə xəstəxanaların dolduğu, reanimasiya şöbələrində yer olmadığı haqda xəbərlər gəlir.

Səhiyyə rəsmiləri əhalinin 40 faizindən də azının maska taxmaq, sosial məsafə gözləmək qaydalarına əməl etdiyini bildirirlər.



Saxta COVID pasportu nə ilə nəticələnə bilər?
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

ABŞ, Britaniya

Birləşmiş Ştatlar ölkəyə gələn bütün xarici turistlərdən koronavirusa qarşı peyvənd olunmağı tələb edəcək. Britaniya isə səyahətçilər üçün bəzi qaydaları yüngülləşdirmək istəyir.

Co Bayden administrasiyası delta ştammının yayılmasını əsas gətirərək səyahət qadağalarını qüvvədə saxlayıb. Amma tam peyvənd olunmuş əcnəbilərin ölkəyə buraxılması planlaşdırılır. Ağ ev rəsmisi deyib ki, administrasiya “təhlükəsiz və davamı şəkildə” acılıma getmək istəyir.

Müttəfiqləri, səyahət industriyası, yaxınlarından ayrı düşmüş ailələr Bayden administrasiyasına qadağaların bəzilərini qaldırmaqdan ötrü təzyiq göstərirlər.

Britaniya isə bəzi qadağaları yüngülləşdirməyə başlayır. Fransadan gedən, tam peyvənd olunmuş şəxslərin daha karantində qalması tələb olunmayacaq. Dəyişiklik avqustun 8-dən qüvvəyə minir. ABŞ və Avropa Birliyinin təsdiqlədiyi vaksinlə tam peyvənd olunmuş şəxslərin ölkəyə girişinə icazə verilir. Avstriya, Almaniya, Sloveniya, Slovakiya. Latviya, Rumıniya və Norveç də yaşıl siyahıya salınıb. Bu kateqoriyadan olan səyahətçilər peyvəndlənmə statusundan asılı olmayaraq İngiltərəyə girməmişdən və daxil olandan sonra COVID-19 testi verməlidirlər və onlardan özünütəcrid tələb olunmur.

Çin, Yaponiya

Çində kütləvi testlər delta varantına onlarla yoluxmanı üzə çıxardığından ölkə səyahəti məhdudlaşdırmağa başlayıb. Artıq milyonlarla insan qapanmaya keçib.

Yoluxmaların artdığı Yaponiyada avqustun 5-dən daha səkkiz prefekturada fövqəladə məhdudiyyətlər genişləndiriləcək. Tokio daxil olmaqla altı prefektura avqustun 31-dək fövqəladə vəziyyət rejimindədir.

Avqustun 5-də Sidneydə pandemiyanın ən pis günü qeydə alınıb, beş ölüm, yoluxmalarda rekord artım aşkarlanıb. Ölən beş nəfərin dördü peyvənd olunmayanlardır.

İndiyədək dünyada koronavirusa 200 milyon 200 mindən çox yoluxma aşkarlanıb. 4 milyon 200 mindən artıq xəstə isə vəfat edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG