Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:56

NATO İranın Hörmüz boğazında 2 gəmini tutmasını pisləyib


İran həörbçiləri Britaniya gəmisi ətrafında patrul xidmıətində, 21 iyul, 2019, Bandar Abbas limanı
İran həörbçiləri Britaniya gəmisi ətrafında patrul xidmıətində, 21 iyul, 2019, Bandar Abbas limanı

NATO İranın Hörmüz boğazında 2 kommersiya gəmisini zəbt etməsini ittiham edib və heyət üzvlərini azad etməyə çağırıb.

İranın zəbt etdiyi gəmilərdən biri Britaniya bayrağı altında üzürmüş.

Böyük Britaniya buna cavab olaraq İrana qarşı sanksiyalar paketi hazırlayır.

London həmçinin İrana qarşı sanksiyalar tətbiq etmək üçün Avropa Birliyi və BMT-yə müraciət etməyə hazırlaşır.

Böyük Britaniya BMT təhlükəsizlik şurasına göndərdiyi məktubda gəmisinin zəbt edilməsini “qanunsuz müdaxilə” adlandırıb.

İran hərbçiləri iyulun 19-da Hörmüz boöazında iki gəmini zəbt edib.

Həmin gəmilərdən biri Liberiya bayrağı altında üzürmüş və sonradan həmin gəmi buraxılıb.

Britaniya bayrağı altında üzən gəmi isə Bander-Abbas limanında saxlanır, gəmidə 23 heyət üzvü var.

İran hakimiyyəti gəmini beynəlxalq dəniz qydalarını pozmaqda günahlandırır.

Məlumata görə gəmi, balqçı gəmisindən gələn fəlakət siqnalına (SOS) cavab verməyib.

Qeyd edək kii, son vaxtlar İranla ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlər gərginləşib.

Onlar İranı, bundan əvvəl Oman və Fars körfəzlərində neft tankerlərinə hücum etməkdə ittiham edirlər.

Həmin insidentdən bir qədər sonra Britaniya Gibraltarda, saksiyaları pozaraq Suriyaya neft aparmaqda şübhəli bilinən bir İran tankerini zəbt elədi, İransa buna cavab verəcəyini bəyan etdi.

ABŞ Tehranı həm də beynəlxalq terrorçuluğu dəstəkləmək və maliyyələşdirməkdə ittiham edir.

İran bütün ittihamları rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG