İki ölkə arasında məhbus dəyiş-düyüşündən sonra İranın xarıcı işlər naziri Mohammad Javad Zarif deyib ki, Tehran Vaşinqtonla daha çox məhbusların dəyişdirilməsinə hazırdır:
"Bu həftə öz girovumuzu geri aldıqdan sonra, biz Vaşinqtonla geniş və hərtərəfli məhbus dəyişdirilməsinə hazır olduğumuzu bildiririk. İndi söz Birləşmiş Ştatlarındadır”.
Dekabrın 7-də İran və ABŞ Prinston Univeristetinin tələbəsi Xiyue Wang-la ABŞ-da məhbus olan alim Masud Soleimanini dəyişiblər.
Xiyue Wang İranda casusluq ittihamları ilə həbs edilmişdi. İranlı alimin həbsinə səbəb isə Tehrana qarşı sanksiyalar olmuşdu.
Bundan başqa dekabrın 9-da İran hökumətinin sözçüsü Ali Rabiei demişdi ki, Tehran Vaşinqtonla bütün məhbusların dəyişdirilməsinə həmişə çağırış edib.
Rabiei bunu da deyib ki, Tehran məhbusların dəyişdirilməsini, ABŞ və İran arasında gedən heç bir başqa danışıqlara bağlamır.
Bununla belə sözçü deyib ki, iki ölkə arasında məhbusların bütünlüklə dəyişdirilməsi Vaşinqtonun İrana qarşı bütün sanksiyalarının qaldırıldığı halda mümlkün ola bilər.
İran və Birləşmiş Ştatlar arasında münasibətlər prezident Donald Trump ABŞ-ı İran və dünya gücləri arasında imzalanmış nüvə sazişindən çıxardıqdan sonra gərginləşib.
ABŞ bu sazişdən çıxdıqdan sonra Tehran üzərinə Amerika sansksiyaları bərpa olunub.
Vaşinqton İrandan bütün ABŞ vətəndaşlarının həbsdən azad olunmasını tələb edir.
Oktyabr ayında Tehran ABŞ-a Vaşintqonun sanksiyalarını pozmaqda şübhəli bilinən 20 iranlının siyahısını təqdim etmişdi.