Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 09:33

İran ABŞ-ın silah embarqosunu uzatmaq cəhdlərini ‘qanunsuz’ adlandırır


Xarici İşlər Nazirlyinin sözçüsü Abbas Mousavi
Xarici İşlər Nazirlyinin sözçüsü Abbas Mousavi

İran, onun təbrincə deyilərsə, Birləşmiş Ştatların İrana silah embarqosu qoyan BMT Təhlükəsizlik Şurası qətnaməsinin vaxtını “qanunsuz” olaraq uzatmaq cəhdlərini tənqid edib və bildirib ki, bu cür cəhdlərə “müvafiq” reaksiya veriləcək.

ABŞ dövlət katibi Mike Pompeo aprelin 29-da bəyan etmişdi ki, Vaşinqton müddəti oktyabrda bitəcək adi silah embarqosunun saxlanması üçün əlindəki bütün vasitələrdən istifadə edəcək.

Bu qətnamə İrana adi silahların satışını qadağan edir.

Pompeo demişdi ki, ABŞ Təhlükəsizlik Şurasının bu qətnamənin vaxtını uzadacağına “ümid” edir.

"ABŞ artıq nüvə sazişinin tərəfi deyil"

Mayın 4-də İran Xarici İşlər Nazirlyinin sözçüsü Abbas Musavi deyib ki, İran dünyanın 6 gücü ilə imzalanmış 2015-ci il sazişindən çıxmağı niyyət etmir.

O əlavə edib ki, belə olduğu halda ABŞ-ın embarqo müddətini uzatmağa çalışması qanunsuzdur və “prorsional reaksiya” ilə üzləşəcəkdir.

ABŞ 2015-ci il nüvə sazişini birtərəfli qaydada, 2018-ci ildə Trump-ın qərarı ilə tərk edib.

Əgər ABŞ 2015-ci il sazişindən çıxmasaydı, Vaşiqnton Təhlükəsizlik Şurasının daimi üzvü kimi embarqonun uzadılması üçün adi prosedur qaydada hərəkət edə bilərdi.

Məhz bunu nəzərə alan Musavi deyib:

"Birləşmiş Ştatlar artıq bu sazişin tərəfi deyil. İranın Amerikanın qanunsuz tədbirlərinə reaksiyası sərt olacaq”.

Rusiya və Çin İrana silah satmağa hazırlaşır

Burası da var ki, BMT Təhlkəsizlik Şurasının daimi üzvləri olan Rusiya və Çin embarqo bitdikdən sonra İrana yeni silahlar satmağı planlaşdırırlar.

Prezident Donald Trump 2018-ci ildə ABŞ-ı nüvə sazişindən çıxardıqdan sonra Tehran üzərinə Amerika sanksiyaları tam bərpa edilib.

İran da öz növbəsində nüvə sazişi üzrə bir sıra öhdəliklərindən geri çəkilib. Bununla belə Tehran sazişdən rəsmən çıxmaq istədiyini bildirməyib.

İranla 6 dünya gücü arasında imzalanmış bu saziş onun üzərindəki beynəlxalq sanksiyaların qaldırlması müqabilində Tehranı özünün nüvə proqramını məhdudlaşdırmağa məcbur etməliydi.

Vaşinqton inanır ki, İran nüvə proqramının dinc olmasını bəyan etsə də, məxfi şəkildə atom silahının istehsalına hazırlaşır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG