Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 02:58

İraqda spirtli içki qadağan olunur


Foto: arxiv

İraq parlamenti ölkədə spirtli içkinin satışını, idxalını və istehsalını qadağan edir.

Qərardan ölkənin müsəlman olmayan əhalisinin narazı qalacağı gözlənir.

Layihənin tərəfdarları bunu İraq Konstitusiyasına uyğun sayırlar.

Ancaq qadağanın əleyhdarları hesab edirlər ki, bu qanun ənənəvi dini azlıqlara zəmanət verən ölkə Konstitusiyasina ziddir.

Buna da bax: Ən çox hansı ölkədə içirlər?

Sənəd son anda bələdiyyələr haqqında qanun layihəsinə salınıb.

Qadağanı pozanları 8 mindən 20 min dollara qədər cərimə gözləyir.

Parlamentin xristian üzvü Yonadam Kanna bildirib ki, qanunla bağlı federal məhkəməyə şikayət edəcək.

XS
SM
MD
LG