Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:57

2007-ci ilə qədər metroda gediş haqqı qalxmayacaq


- Ən azı 2007-ci ilə qədər metroda gediş haqqı qalxmayacaq. Bunu martın 24-də Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib. Onun sözlərinə görə, gediş haqqını artırmaq üçün Tarif Şurasına müraciət etsələr də, Şura bunu məqsədəuyğun saymayıb. Tağı Əhmədov bildirir ki, bu gün bir sərnişinin daşınması onlara 2750 manata başa gəlir.

1996-cı ildən metroda gediş haqqı 250 manatdır. 2006-cı ilin dövlət büdcəsində Metropolitenin itkilərini kompensasiya etmək üçün 35 milyard köhnə manat dotasiya nəzərdə tutulub. Daha 7 milyard manat isə elektrik haqqını ödəmək üçün ayrılıb.


- Qazın qiyməti də 2006-cı ilin sonuna qədər dəyişməyəcək. Amma martın sonundan başlayaraq qazpulunu ödəməyən abonentlərə qaz verilməyəcək. «Azəriqaz»ın vitse-prezidenti Nazim Səmədzadə belə deyir. Nazim Səmədzadə onu da bildirib ki, aprelin 1-dən etibarən abonentlər qaz pulunu ancaq poçt şöbələri və banklarda ödəyə biləcəklər. «Azəriqaz» rəsmisinin sözlərinə görə, abonentlərin 34 faizi üçün artıq qaz sayğacları quraşdırılıb. Sayğacların göstəricilərinə müdaxilə edən vətəndaşların məsuliyyətə cəlb olunması üçün hüquq-mühafizə orqanlarına təkliflər göndərilib.


- Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Azəri-Çıraq-Günəşli" layihəsindəki 10 faizlik payını daha yaxşı maliyyələşdirmək və aldığı borcları qaytarmaq üçün Beynəlxalq Banklar Sindikatıyla 750 milyon dollarlıq kredit müqaviləsi bağlayıb.


ARDNŞ-dən verilən məlumata görə, kredit Amerikanın "Exxon" və Türkiyənin "Türk Petrolları" şirkətlərindən vaxtilə alınan borcun qaytarılmasına yönəldiləcək.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG