Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 10:32

Azərbaycan prezidentinin «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri»nin təsdiqi haqqında sərəncamının üstündən 7 aydan çox keçib. Martın 16-da imzalanan sərəncamda deyilir ki, işçi qrup 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının, 2025-ci ilədək dövrü əhatələyən uzunmüddətli baxışın, 2025-ci ildən sonrakı dövrə hədəf baxışının layihələrini 6 ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.

Ancaq sadalanan sənədlərdən xəbər yoxdur.

«BU XƏMİR HƏLƏ ÇOX SU APARACAQ»

İqtisadçı-ekspert Qubad İbadoğlunun sənəd layihələrinin vaxtında Prezident Administrasiyasına təqdim olunmasına şübhəsi yoxdur: «Məqsədli şəkildə gecikdiriləcəyi ilə bağlı gözləntilərim artıq özünü doğruldur. Baxmayaraq ki, bu istiqamətdə işlərə külli miqdarda ödəniş hesabına dünya şöhrətli «McKinsey» şirkəti də cəlb edilib, öncədən də gözləndiyi kimi, onu Prezident Administrasiyasından keçirmək o qədər də asan olmayacaq».

Ekspert sənədlərin yaxın vaxtda qəbul ediləcəyinə inanmır: «Administrasiyada ilişib qalan sənədlərin hərəkətini orda tormozlayan qüvvələrə yaxın zamanlarda qalib gəlməyin mümkünlüyünə şübhə edirəm. Yəqin ki, bu xəmir hələ çox su aparacaq. Bundan da ən çox itirən iqtisadiyyat, biznes və biz istehlakçılar olacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG