Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

İqtisadçı: “Xalq hazırdır, hökumət hazır deyil”


arxiv foto
arxiv foto

“Azərbaycan Ümumudünya Ticarət Təşkilatına (ÜTT) üzv olmalıdır, bu ölkənin milli və dövlət maraqlarına da uyğundur ”.

Bunu Azadlıq Radiosuna iqtisadçı Nemət Əliyev deyib.

O, bu fikirləri hazırda Azərbaycan hökumətinin Ümumdünya Ticarət Təşkilatının üzv ölkələri ilə ikitərəfli məsləhətləşmələr aparmasına münasibət bildirərkən dilə gətirib.

Report agentliyinin xəbərinə görə, belə bir danışıqların aparılmasını bu günlər Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

O, Cenevrədə aparılan danışıqlarda müxtəlif nazirlik və idarələrin əməkdaşlarından ibarət ekspert qrupunun iştirak etdiyini diqqətə çatdırıb. İyunun 28-dək davam edəcək məsləhətləşmələr çərçivəsində Kanada, Braziliya, Yaponiya, Koreya, İsveçrə kimi ölkələrlə danışıqlar aparıldığı vurğulanıb.

Nemət Əliyev isə hesab edir ki, Azərbaycan hökuməti gerçəkdə bu təşkilata üzvülükdən çəkinir. İqtisadçının fikrincə, ÜTT-də norma, standart və qaydalar Azərbaycanın milli, dövləti maraqları ilə üst-üstə düşsə də Azərbaycan hökumətinin maraqları ilə eynilik təşkil etmir:

“Çünki Azərbaycan ÜTT-yə üzv olduqdan sonra hakimiyyət məmurları beynəlxalq standart və qaydalara əməl etməlidir. İndiki kimi inhisarı ölkədə istədikləri kimi eninə-uzununa tətbiq edə bilməyəcəklər. Məhsul istehsalına, qablaşdırılmasına nəzarət olacaq. Buna görə də hökumət ÜTT-yə üzvlükdən itmina edir. Açığı Azərbaycanda xalq buna hazır olsa da Azərbaycan hökuməti buna hazır deyil və bu qaydaların ölkəyə gətirilməsini istəmir”.

Xatırlatma

1997-ci ildən ÜTT ilə Azərbaycan hökuməti arasında bu quruma üzvülklə bağlı danışıqlar gedir. Azərbaycan rəsmiləri danışıqların uzanmasını bu prosesdə ölkənin maraqlarının gözlənməsi ilə izah edirlər.

Müxalifət isə belə fikirlərlə razılaşmır. Onlar isə hesab edirlər ki, hakimiyyət qeyd edilən təşkilata üzv olarsa korrupsiya ilə reallıqda mübarizə aparmaq məcburiyyətində qalacaq.

Azərbaycanın qonşuları istər Gürcüstan, istərsə də Ermənistan illər öncə bu quruma üzv olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG