Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 22:19

İqtisadiyyat üzrə Nobelin qalibləri açıqlandı


Nobel mükafatı
Nobel mükafatı

İqtisadiyyat üzrə mükafatın qalibi elan olunmaqla builki Nobel mövsümü bağlanacaq

2021-ci il iqtisadiyyat üzrə Nobel mükafatı amerikalılar Devid KardCoşua Anqrist və niderlandlı-amerikalı Quido İmbenzə verilib.

Mükafatın “planlaşdırılmamış eksperimentlərdən nəticə çıxarmağa” görə verildiyi bildirilir. Laureatların kollektiv işi “iqtisadi elmlərə empirik töhfə” verib, İsveç Elmlər Akademiyasının məlumatda vurğulanıb.

Kard “əməyin iqtisadiyyatına empirik töhfələri”, Angrist və İmbens isə “səbəb-nəticə əlaqələrinin təhlilinə metodoloji töhfələri”nə görə mükafatlandırılıblar.

Kard Kaliforniya Universitetində iqtisadiyyatdan dərs deyir. Anqrist Massaçusets Texnologiya İnstitutu, İmbens isə Stenford Universitetinin biznes məktəbində dərs deyirlər.

***

Oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatının qalibi açıqlanacaq. Adətən kişilərin üstünlük təşkil etdiyi nominantlar siyahısında bir neçə qadının adı var.

İqtisadiyyat üzrə mükafatın qalibi elan olunmaqla builki Nobel mövsümü bağlanacaq.

Qalibin adı Stokholmda açıqlanacaq.

Bu il Nobel mükafatını bircə qadın qazanıb. Filippinli jurnalist Maria Ressa rusiyalı həmkarı Dmitri Muratovla birlikdə Nobel Sülh mükafatına layiq görülüblər.

İndiyədək iqtisadiyyat üzrə Nobel iki qadına – 2009-cu ildə Elinor Ostroma və 2019-cu ildə Ester Dufloya verilib.

Builki siyahıda vaxtilə Beynəlxalq Valyuta Fondunda ikinci şəxs və qısa müddətə fondun idarəedici direktoru olmuş 87 yaşlı amerikalı Anna Krueger mümkün namizəd sayılır. O, Dünya Bankının iqtisadiyyat və tədqiqat üzrə keçmiş vitse-prezidentidir.

Bərabərsizlik və qadın işçi qüvvəsi üzrə tədqiqat aparmış Klaudia Qoldin daha bir favoritdir.

Digər qadın nominantlar hökumətin yoxsulluğa qarşı proqramlarının uşaqlara təsiri üzrə işinə görə amerikalı Canet Kuri; belçikalı əmək iqtisadçısı Mariana Bertrand; 2007-ci ildə nüfuzlu Con Beyts Klark medalını almış amerikalı mikroiqtisadçı Suzan Atey də var.

Ancaq qalibin adı bir neçə saata biləcək, heç nəyi dəqiq demək olmaz. İsveçdəki Linnaeus Universiteti ilə əməkdaşlıq edən professor Hubert Fromlet “250-300 ciddi namizədin” olduğunu yazıb.

Digər Nobel mükafatlarından fərqli olaraq, iqtisadiyyat üzrə mükafat Alfred Nobelin vəsiyyəti əsasında deyil, 1968-ci ildə İsveç mərkəzi bankı tərəfindən onun xatirəsinə təsis edilib.

XS
SM
MD
LG