Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:00

Deputat: 'Vətəndaşlarımız müalicəyə İrana, Türkiyəyə gedirlər'


Azər Mehtiyev
Azər Mehtiyev

«Azərbaycanda iqtisadiyyatın neftin qiymətindən asılılığı davam edir və bu halda möhkəm əsaslı iqtisadiyyat qurulacağı inandırıcı görünmür».

Bunu iqtisadçı-ekspert Azər Mehtiyev deyib. O, Azadlıq Radiosuna 2018-ci illə bağlı gözləntilərini açıqlayıb.

Amma ekspert vurğulayıb ki, hazırda dünya bazarında neftin qiyməti Azərbaycan hökumətindən ötrü sərfəlidir.

A.Mehtiyev deyib ki, bu il seçki ili olduğundan ayrı-ayrı sahələrə vəsait ayrılması çoxaldıla bilər. Onun fikrincə, bu da yeni iş yerlərinin açılması istəyindən irəli gəlir.

***Buna da bax-Seçki ilində Azərbaycan iqtisadiyyatını nə gözləyir? [video]

Qeyri-neft sektorunun inkişafı məqsədilə texnoparklar, sənaye məhəllələri və sənaye parkları yaradıldığını deyən ekspert vurğulayıb ki, bunlar iqtisadi inkişafa ciddi əsas vermir.

A.Mehtiyev deyib ki, 2015-ci ildən bu yana ölkənin bank sektorunda problemlər davam edir. Bu da onun fikrincə, iqtisadi inkişafa mane olan əsas səbəblərdən biridir:

«2016-ci ildə bir xeyli bank bağlandı. Ötən ildə də bu proses davam etdi. Bankların bağlanması və ya birləşməsi prosesinin 2018-ci ildə də davam edəcəyini söyləmək olar».

Fazil Mustafa
Fazil Mustafa

«İnkişaf insan kapitalına çevrilmir»

«İndiki şərtlərlə ölkə iqtisadiyyatı, əsasən, neftin qiymətindən asılı olaraq dayanıb. Odur ki, inkişaf neft qiymətlərinə bağlıdır».

Bunu da deputat Fazil Mustafa bildirib.

***Buna da bax-'Bu ildən əhaliyə dövlətin sosial dəstəyi mərhələli şəkildə azalacaq'

F.Mustafa vurğulayıb ki, müəyyən iqtisadi inkişaf var. Amma onun insan kapitalına çevrilməsi görünmür:

«Bu inkişafın nəticəsi kimi ölkədə yüksəksəviyyəli universitet sistemi, tibb sistemi olmalı idi. Bunu görmürük. Təhsil pulları Türkiyəyə, Gürcüstana və xarici ölkələrə axır. Vətəndaşlarımız müalicə üçün İrana, Türkiyəyə və başqa xarici ölkələrə gedirlər. Ən böyük maliyyə qazandıran sahələrdən biri idman iqtisadiyyatıdır. Bu biznesə çevrilməyib. Bir-iki şəxsə həvalə etməklə idman inkişaf edə bilməz».

Deputat daha sonra bildirib ki, dünyada resursları az olan ölkələrdən biri İspaniyadır:

«Amma bu ölkə idman iqtisadiyyatını inkişaf etdirməklə problemlərini həll edə bilir».

F.Mustafa hesab edir ki, daha bir məsələ ölkədə sahibkarlığın inkişafından ötrü əlverişli mühitin yaradılmasıdır. Onun fikrincə, ölkənin inkişafı bu amildən də asılıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG