Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:42

İqtisadçı : ‘Azərbaycanın ən böyük nailiyyəti ...’


Bakı, 19 iyun 2015
Bakı, 19 iyun 2015

İqtisadçı, keşmiş deputat Əli Əlirzayev 2019-cu ilin büdcə layihəsində neftin qiymətinin 60 dollardan götürülməsini təbii hesab edir.

Bu barədə AzadliqRadiosuna danışan keçmiş deputat vurğulayıb ki, həmişə “təhlükəsizlik yastığı”nın olması vacibdir. Hazırda neftin bir bareli 80 dollara yaxındır.

“Büdcədə neftin qiymətinin bu səviyyədə götürülməsi qiymətin dəyişməsi riski ilə bağlıdır”, deyə o qeyd edib.

Buna da bax: 30 ilin neftçisi: ‘Neft 20 dollar da olsa biz belə yaşayacağıq, 200 dollar da...’

“ Qiymətin qalxması Azərbaycanın maraqlarına cavab verir”

Ancaq Əli Əlirzayev güman edir ki, neftin qiyməti gələn il 60 dollardan aşağı enməyəcək.

“ Qiymətin qalxması Azərbaycanın maraqlarına cavab verir. Ona görə də istənilən qədər yuxarı götürülsə də, qiymətin enmə təhlükəsi var.”

O, may ayında yenidən büdcəyə baxılacağını xatırladıb:

“Qiymətin dəyişməsi hesabına yenidən bölüşdürülmə gedir və təsdiq olunur”.

Əli Əlirzayev bildirib ki, dövlət büdcəsi iqtisadiyyatın müxtəlif aspektlərini özündə əhatə edən sənəddir:

Əli Əlirzayev
Əli Əlirzayev

“Ona görə neftin 60 dollardan artıq götürülməsi mümkün də deyil. Mənbə olmalıdır, mənbə də gömrük və istehsal olunmuş məhsulun hesabınadır. Bu mənbə artırsa, büdcədə özünü ifadə edir. Hesab edirəm ki, ümumi daxili məhsul (ÜDM) ilə büdcə arasındakı nisbət həmişə gözlənilməlidir”.

Əli Əlirzayev layihədə Milli Məclis və digər dövlət qurumlarının vəsaitlərinin artırılmasını maaşlarla əlaqələndirib:

“Yəqin ki, deputatların maaşlarındakı yerdəyişmə ilə bağlıdır, ikinci, xərc strukturuna baxmaq lazımdır. Bu sənəd əlimdə olmadığımdan heç nə deyə bilməyəcəm. Əsas xərc adətən maddi-texniki bazanın zənginləşməsidir, deputatlar üçün əlavə xərclər olur, maaşdan başqa. Ancaq pensiya artmır, mən özüm pensionerəm deyə bunu bilirəm”.

“Neftdən asılılıq göz önündədir”

Başqa bir iqtisadçı, keçmiş deputat Nazim Bəydəmirli də bildirib ki, dövlət büdcəsini analiz etməkdən ötrü çox zaman lazımdır:

“ Görünən odur ki, neftdən asılılıq göz önündədir”

O, da layihədə neftin qiymətinin 60 dollar götürülməsini praktikaya yaxın hesab edib

Keçmiş deputatın sözlərinə görə, hökumət həmişə neftin real qiymətindən proqnoz qiymətini ən azı 20 dollar aşağı götürür:

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

"Bu, ehtiyatlı yanaşmağa normal da baxmaq olar. Çünki hökumət neftin qiymətinin yüksək olacağını bilsə belə, aşağı götürür ki, proqnozların yerinə yetirilməsi ilə bağlı göstəriciləri nailiyyət kimi təqdim etsin. İstənilən halda Azərbaycanın ən böyük nailiyyəti neft ehtiyatlarının olmasıdır ki, bunu Allah verib. Bizim hökumətin topladığı vəsaitlərin əksəriyyəti neftdən gəlir. Ancaq çox təəssüf ki, vergi ödəməli olan SOCAR-ın borcu silinir. Söbət yalnız SOCAR-dan getməməlidir, bütün iri dövlət şirkətlərinin əksəriyyətində oxşar əməliyyat olur. Kağız üzərində nizamnamə kapitalı artırılır, nizamnamə kapitalına qoyulmalı olan vəsait isə bu və ya digər formada cari xərclər, kreditlər kimi silinir”.

Xatırlatma

Azərbaycanın 2019-ci il üzrə dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim olunub.

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 mlrd. manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 mlrd. manat proqnozlaşdırılır. 2018-ci ilin büdcəsinə nisbətən gələn ilin büdcəsi bir neçə milyard manat artıb. Büdcədə neftin bir barreli 60 dollar götürülüb.

2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20.127 mlrd. manat, xərcləri isə 21.047 mlrd. manat məbləğində təsdiqlənmişdi. Büdcədə neftin bir barreli 45 dollar götürülmüşdü. Sonradan büdcəyə dəyişiklik edildi. 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin proqnoz gəlirləri 22.11 mlrd., xərcləri isə 23.061 mlrd. manat məbləğinə çatdırıldı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG