Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:49

İqlim dəyişikliyi ilə bağlı Paris razılaşmasının qaydaları qəbul edildi


Michal Kurtyka, Polşalı iqtisadçı, iqlim dəyişikliyi ilə bağlı Polşada keçirilən beynəlxalq konfransda, 2018, dekabr
Michal Kurtyka, Polşalı iqtisadçı, iqlim dəyişikliyi ilə bağlı Polşada keçirilən beynəlxalq konfransda, 2018, dekabr

BMT-nin iqlimlə bağlı Polşada keçirilən ümumdünya konfransında Paris razılaşmasının həyata keçirilməsinin qaydaları müəyyən edilib.

Reutersin məlumatına görə, sənədi təxminən 200 ölkə təsdiqləyib.

Razılaşmada xüsusilə qaz konsentrasiyalaraının monitorinqi və atmosferə buraxılan dəm qazlarının azaldılması istiqamətində birgə tədbirlər nəzərdə tutulur.

Bir sıra qaydalar isə sonra hazırlanacaq.

Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) müəyyən edib ki, artıq qəbul edilmiş sənəd, 2020-ci ilədək fəal beynəlxalq fəaliyyətə başlamağa imkan verəcək.

İqlimlə bağlı Paris razılaşmasını 2015-ci ildə 197 ölkə imzalayıb.

Məqsəd 2100-ci ilədək planetdə orta hərarətin, XIXəsrdə başa çatan sənaye dövrü ilə müqaisədə, 2 dərəcədən çox qalxmasına imkan verməməkdir.

ABŞ prezidenti Donald Trump 2017-ci ilin iyununda ölkəsinin Paris razılaşmasından çıxmasına qərar verdi.

Onun izahına görə, ABŞ 2025-ci ilədək bu müqavilənin yerinə yetirilməsinə görə 3 milyona yaxın iş yeri itirəcək.

ABŞ Dövlət Departamenti Polşa konfransından sonra bəyan edib ki, Vaşinqtonun bu məsələdə mövqei dəyişməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG