Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:54

İpoteka məbləği 100 minə qaldırıldı


İpoteka krediti ilə ev almaq asanlaşır, yoxsa?
Gözlə

No media source currently available

0:00 0:16:42 0:00

İpoteka krediti ilə ev almaq asanlaşır, yoxsa? (Arxiv)

«Azərbaycan İpoteka Fondu» ASC-nin vəsaiti hesabına kreditlərinin verilməsi ilə bağlı yeni qaydalar dəqiqləşdirilib. Əsas yeniliklərdən biri ipoteka kreditinin məbləğinin 50 min manatdan 100 min manata qaldırılmasıdır.

Şərtlərİpoteka kreditləriGüzəştli ipoteka kreditləri
Maksimal məbləğ100 min manat100 min manat
Maksimal illik faiz dərəcəsi8%4%
Maksimal müddət25 il30 il
İlkin ödəniş15-25%15%

İpoteka ilə hansı evləri almaq olar?

Qaydalara görə, ipoteka kreditləri yalnız manatla və Azərbaycan vətəndaşına verilməlidir. Üstəlik, ipoteka mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış (kupçalı) yaşayış sahəsinin alınmasına verilməlidir.

İpoteka krediti o evlərin alınmasına verilə bilər ki, onların qiyməti evin yerləşdiyi ərazidəki orta qiymətdən yüksək olmasın (1 kvadratmetrin qiyməti olaraq). Güzəştli ipoteka krediti yaşayış sahəsinin qiymətinin 85 faizi həcmində verilməlidir. Burda güzəştli ipoteka kreditinin məbləğinin 85 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna təşkil edir.

Gəlir necə hesablanır?

İpoteka krediti götürən müştərinin gəliri hesablanarkən, onun gəlirindən hər bir ailə üzvünün saxlanması xərcləri çıxılmalıdır. Bu xərc yaşayış minimumundan az götürülə bilməz.

Aylıq ödəniş nə qədər olmalıdır?

Qaydalara görə, ipoteka krediti üzrə aylıq ödəniş borc alanın ümumi gəlirinin 70 faizindən artıq olmamalıdır.

Güzəştli ipoteka kreditlərini kimlər alacaq?

Bunlar şəhid ailəsinin üzvü, Milli Qəhrəman, onun ailə üzvləri, məcburi köçkün və ya ona bərabər tutulan şəxslərdir

Bura habelə, ən azı 3 il dövlət qulluğunda çalışan, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən, fəlsəfə, elmlər doktoru dərəcəsi olan və idman sahəsində xüsusi xidmətlər göstərən şəxslər aid edilir.

Bunddan başqa, ən azı 3 il hərbi xidmət keçən, ehtiyata, istefaya buraxılmış hərbi qulluqçular və ən azı 3 il daxili işlər orqanlarında xidmət edən xüsusi rütbəli şəxslər güzəştli ipoteka kreditlərindən yararlana bilər.

Üstəlik, bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

İpoteka kreditinin geri alınması

Bəzi hallarda fond müvəkkil banka bildiriş göndərərək kreditin geri alınmasını tələb edə bilər.

Bunlar ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə və qəbul edilmiş sənədlərin düzgün olmadığı müəyyənləşdirildikdə baş verə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG