Keçid linkləri

2024, 22 May, çərşənbə, Bakı vaxtı 22:05

İpoteka şərtləri ağırlaşdı


►Banklar ilkin ödənişin məbləğini 40 faizədək artırıblar

Bəzi banklar ipoteka krediti şərtlərinə dəyişiklik ediblər. Dəyişikliklər ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləği ilə bağlıdır.

İpoteka Fondunun məlumatına görə, bankların bu addımı "2016-cı il üçün yaşayış minimumu haqqında" qanunla bağlıdır. Həmin qanuna əsasən, Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu 136 manat səviyyəsində müəyyən edilib.

Trend xəbər verir ki, İpoteka Fondunun xətti ilə kredit verən 27 bankdan 14-ü yaşayış minimumunu 131 manatdan 136 manata, “Unibank isə 200 manata qədər yüksəldib.

Bəzi banklar hətta güzəştli ipoteka üzrə ilkin ödənişlərin məbləğini də artırıblar. “Muğanbank” ilkin ödənişin həcmini 15-dən 40 faizə, Beynəlxalq Bank isə 15 faizdən 30 faizə qaldırıb.

Azərbaycan İpoteka Fondu bu il, martın 15-dək 730 milyon 608 min 420 manat ipoteka krediti vermişdi.

Fond bildirirdi ki, ümumilikdə 17 min 993 nəfər kredit götürüb.

AİF ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin martından başlayıb.

Buna da bax: Özünü yandıran Astara sakini danışdı...[VİDEO]

Özünü yandıran Astara sakini danışdı...[VİDEO]
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG