Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:06

'Bu şərtlərlə investisiya fondu yaratmaq sərf etməyəcək'


İnvestisiya şirkəti
İnvestisiya şirkəti

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) aprelin 19-dan qüvvəyə minmiş xidmət haqları qiymətli kağızlar bazarının iştirakçıları tərəfindən elə də isti qarşılanmayıb. Hətta hesab edilir ki, bu yüksək haqlar investisiya fondu yaratmağı qazanc gətirməyən biznesə çevirir.

İnvestisiya şirkətlərindən birinin adının çəkilməsini istəməyən analitiki AzadlıqRadiosuna deyib ki, başlanğıc üçün 1 milyon manat kapitalla yaradılan fond idarəçisi ilə birlikdə, tariflərdə göstərildiyi kimi, MBNP-yə 30 min manat ödəyərlərsə, bu, onun pulunun 3 faizinin bəri başdan «əlindən alınması» anlamına gəlir.

STİMULLAŞDIRICI TƏDBİRLƏR GÖRMƏKDƏN...

«Azərbaycanda investisiya portfelini yaratmaq və idarə etməklə pul qazanmaq asan məsələ deyil. Digər tərəfdən, investisiya əməliyyatlarının başqa məsrəfləri də nəzərə alınsa, qazanc götürmək bir az da çətinləşəcək. Qanunvericiliyin formalaşdırılmasına rəğmən, indiyədək investisiya fondlarının yaradılmamasını bu amillə, eləcə də stimullaşdırıcı tədbirlərin görülməməsi ilə əlaqələndirirəm. Bu şəraitdə investisiya fondu yaratmağa heç kəs cürət etməz», – anonim fond analitiki deyib.

İNVESTİSİYA ŞİRKƏTLƏRİNİN «BİR ƏTƏK» BAŞQA XƏRCLƏRİ DƏ VAR

AzadlıqRadiosunun ekspress-sorğusu göstərib ki, xidmət haqları müəyyənləşdirilərkən fond bazarının peşəkar iştirakçısı olan şirkətlərin rəyi soruşulmayıb. Bu şirkətlərin iradı onadır ki, əməliyyatların aparıldığı fond birjası üçün illik xidmət haqqı 15 min manat, investisiya şirkətləri üçün isə həmin haqq bundan cəmi 5 min manat aşağıdır. Axı, investisiya şirkətlərinin əməliyyat xərcləri bununla bitmir: ildə orta hesabla Milli Depozit Mərkəzinə (MDM) 2 min 500 manat, Bakı Fond Birjasına (BFB) isə 2 min manat ödəniş edirlər.

MBNP: ZƏRƏRLƏ İŞLƏYƏN BAĞLANSIN

BFB xidmət haqqı kimi MBNP-yə ildə 15 min manat, MDM isə xalis mənfəətinin 30 faizini ödəyəcək. 2015-ci ildə birja 36 min 300 manat, mərkəzi depozitar isə 242 min 300 manat xalis mənfəət qazanıb.

MBNP-nin mətbuat xidmətində haqların yüksək olması haqda fikirlərlə razılaşmayıblar. Zərərlə işləyən şirkətlərin sahiblərinə isə bağlanmaq haqda düşünmək tövsiyə olunub.

Palatanın özü isə yaxın vaxtlarda maliyyə hesabatını auditor rəyi ilə birlikdə cəmiyyətə təqdim edəcək.

HESABAT VERƏN AZDIR

BFB və MDM-dən başqa, yerdə qalan bazar iştirakçılarının çoxu qanunvericiliyə məhəl qoymayaraq, illik maliyyə hesabatlarını korporativ saytları vasitəsilə açıqlamadığından, onların mənfəətlə işləyib-işləmədiyini bilmək olmur. Altı investisiya şirkəti arasında tək istisna «İnvest-AZ İnvestisiya Şirkəti» QSC-dir. 2016-cı ildə bu şirkətin əməliyyat gəlirləri 52 faiz artıb və 2.4 milyon manat olub. Şirkət 1 milyon manat mənfəət götürüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG