Keçid linkləri

2024, 31 May, Cümə, Bakı vaxtı 02:23

İntiqam Əliyev azadlığa buraxıla bilər


İntiqam Əliyev
İntiqam Əliyev

-

Baş prokuror Zakir Qaralov həbsdə olan insan haqları üzrə vəkil İntiqam Əliyevlə bağlı əlavə kassasiya protesti verib. Baş prokuror hesab edir ki, İntiqam Əliyevə verilən cəza ağır olub və bu səbəbdən hökmün ləğvi xahiş olunur.

Bu barədə hüquq müdafiəçisinin vəkili Cavad Cavadov məlumat yayıb.

Zakir Qaralovun bu şikayətinə martın 28-də Ali Məhkəmənin Plenumunda baxılacaq.

Cavad Cavadov hökmün ləğv olunub İntiqam Əliyevin azadlığa buraxılacağını istisna etmir.

Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb.

İntiqam Əliyev ittihamları rədd edir və insan haqlarının müdafiəsi ilə bağlı gördüyü işlərə, xüsusən Avropa Məhkəməsinə göndərilən şikayətlərin hazırlanması və bu qurumda Azərbaycan vətəndaşlarının müdafiəsini həyata keçirdiyinə görə cəzalandırıldığını bildirir.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG