Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 00:03

Gənclərin canına qıydıqları deyilir


İntihar

Oktyabrın 17-də ölkə ərazisində iki intihar olayının baş verdiyi bildirilir.

Report-un xəbərinə görə, Nərimanov rayonunda 33 yaşlı kişi canına qıyıb. Rayon prokurorluğundan bildiriblər ki, 1983-cü il təvəllüdlü Teymur Muğanlinskinin yaşadığı mənzildə asılmış meyiti aşkarlanıb.

Olayın baş vermə səbəbi açıqlanmır.

Tovuz rayonunda isə 23 yaşlı qızın intihar etdiyi deyilir.

Xəbərə görə, rayonun Düzqırıqlı kəndində yaşayan 1993-cü il təvəllüdlü Günel Xəlilbəyli intihar məqsədi ilə alaq otlarına qarşı istifadə olunan dərman preparatı qəbul edib. Zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hər iki olayın səbəblərini ərazi prokurorluğu araşdırır.

XS
SM
MD
LG