Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:00

Sərbəst mövzu: İntihar məktubu


London məktəblərindən biri İngilis dili dərsində 60 yeniyetmə şagirdə intihar məktubu yazdırdığına görə ölkə qəzetlərinin başlıqlarına çıxıb.

Bu tapşırıq şagirdlərə Şekspirin “Ledi Maqbet” əsərinin öyrənilməsi ilə bağlı verilmişdi.

Müəllim şagirdlərə ledi Maqbetin “düşüncələrini yaşayaraq” öz məktublarını yazmağı tapşırmışdı.

Belə bir mövzuda tapşırıq verilməsi bəzi şagirdlərin psixoloji sarsıntı keçirməsinə səbəb olub, çünki onların yaxınları arasında öz həyatına son qoyanlar da vardı.

Bu qalmaqalla bağlı Kilbrukdakı Thomas Tallis məktəbinin rəhbərliyi uşaqlardan və onların valideynlərindən üzr istəyib.

Bir valideyn deyib ki, onun qızının üç dostu intihar edib və ona belə bir tapşırığın verilməsi qızı sarsıdıb.

“Görəsən yeniyetmələrə intihar məktubu yazdırmaq bu kainatda hansı müəllimin ağlına gələrdi” – deyib başqa bir valideyn.

Digər bir valedeyn isə deyib ki, “Şekspiri öyrənmək çox yaxşıdır, amma daha intihar məktubu yazmaq niyə?”

Tallis məktəbinin direktoru Carolyn Roberts deyib ki, bu hadisə ilə bağlı “lazımi ölçülər götürüləcək və gələcəkdə belə layihələr olmayacaq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG