Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 08:13

İntiqam Əliyevə beynəlxalq mükafat


Mükafatı hüquqşünasın övladları qəbul edib

-

Vyanada yerləşən Beynəlxalq Vəkillər Assosiasiyası oktyabrın 9-da azərbaycanlı hüquqşünas İntiqam Əliyevi insan haqları mükafatına layiq görüb.

Təşkilatın bəyanatında deyilir ki, mükafat ona 20 ildən artıqdır ki, insan haqlarının müdafiəsi və qanunun aliliyi sahəsindəki roluna görə verilib.

Mükavat Vyanada hüquqşünasın oğluna təqdim edilib.

Asosasiyanın prezidenti David Rivkin İntiqam Əliyevin cəsarətli hüquq müdafiəcisi olduğunu, hüquqşünasların insan haqlarının medafiəsi və qanunun aliliyində vacib rol oynadıqlarını bildirib:

“İntiqam Əliyev Asosasiyanın bütün üzvləri üçün ilham mənbəyi ola bilər. Amma təəssüf ki, İntiqam bu gün bu mükafatı almaq azadlıqda deyil. Azərbaycan hakimiyyəti 2015-ci ilin aprelində onu siyasi motivli ittihamlarla 7 il yarım azadlıqdan məhrum edib.

Məqsəd onu susdurmaq və Azərbaycan vətəndaşlarını yerli məhkəmələrin qərarlarından Strasbur məhkəməsinə şikayət vermək hüququndan məhrum eləməkdir”.-deyə o vurğulayıb.

“Hüquq Maarifçiliyi Cəmiyyəti” təşkilatının rəhbəri İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub.

2015-ci ilin aprelin 22-də 3 il dövlət və bələdiyyə qurumlarında rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

O ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi və ya vicdan məhbusu olmadığını deyir.

XS
SM
MD
LG