Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:51

Yeni İnternet cərimələri gəlir


AzadlıqRadiosu-nun məhkəməsi.12 may 2017
AzadlıqRadiosu-nun məhkəməsi.12 may 2017

İnternet informasiya ehtiyatının və domen sahibinin yayılması qadağan edilən informasiyanı yaymasına, informasiyanın yayılmasının qarşısını almamasına cərimə cəzası tətbiq edilə bilər. Ölkə parlamenti İnzibati Xətalar Məcəlləsinə bununla bağlı əlavələr etməyə hazırlaşır.

Həmin əlavələr bu gün, noyabrın 16-sı Milli Məclisin Mədəniyyət komitəsinin iclasında müzakirəyə çıxarılıb. Bu haqda Milli Məclisin mətbuat xidməti xəbər verir.

Təklifləri parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur. Təklif edilən maddə qadağan edilən informasiyanın internetdə yayılmasına görə, fiziki və hüquqi şəxslərin cərimə edilməsini nəzərdə tutur.

Buna da bax: AzadlıqRadiosu Azərbaycan hökumətini Avropa Məhkəməsinə verir

Fiziki şəxslərin 500 manatdan 1000 manata, vəzifəli şəxslərin 1000 manatdan 1500 manata, hüquqi şəxslərin isə 1500 manatdan 2000 manata qədər cərimə edilməsi təklif olunur.

Cərimələrin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla yayılması qadağan edilən informasiyanın internetdə yerləşdirilməsinə yol verilməsinə görə də tətbiq ediləcək.

İnternet informasiya ehtiyatı hansısa informasiya “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edilirsə, həmin bilgi internet resursunda varsa, dərhal ona müraciəti məhdudlaşdırmalıdır. Əks halda host provayder və internet provayderlər vəzifəli şəxslər üzrə 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimələnəcəklər.

Buna da bax: Məhkəmə müstəqil saytları blokladı [yenilənir]

Qeyd olunan müddəa o halda tətbiq ediləcək ki, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmasın.

“Telekommunikasiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlara da Inzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələrlə bağlı düzəlişlər edilməlidir.

Mədəniyyət Komitəsi layihəni plenar iclasa tövsiyə edib.

Xatırlatma

Bu ilin mart ayında ölkə parlamenti «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanuna dəyişikliklər edib.

Dəyişikliklər bəzi bilgilərin yayılmasına qadağa qoyur.

Qadağan olunmuş bilgilərə terrorçuluğun təbliği, çağırışlar, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri haqda məsələlər daxildir. Zorakılığın, dini ekstremizmin, milli, irqi, dini nifrət və düşmənçiliyin təbliği, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışların yayılması da qadağan edilir.

Dövlət sirləri, silahların, narkotik vasitələrin hazırlanma və istifadə üsulları barədə bilgilər, pornoqrafik materiallar da qadağalar siyahısına daxildir.

Həmin dəyişikliklərlə müvafiq icra hakimiyyəti orqanına (Nəqliyyat, Rabitə və İnformasiya Texnologiya Nazirliyi) səlahiyyətlər də verilib.

Qanuna görə, icra orqanı qadağası olan bilgilərin sayt üzərindən yayıldığını müəyyən edərsə, bu haqda informasiya ehtiyatının sahibinə və provayderə yazılı xəbərdarlıq edə biləcək. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində belə bilgilər internet saytından götürülmədikdə, icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edəcək.

Buna da bax:

Avropa rəsmisi Bakıda kompüterinin «hack» olunduğunu deyir
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG