Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:48

İnternet niyə çökmüşdü?


İnternetsiz Azərbaycan...
İnternetsiz Azərbaycan...

►Dövlət qurumları suala cavab vermir, araşdırma aparıldığını deyir

Noyabrın 16-da günün ikinci yarısında Azərbaycanın əksər aparıcı internet provayderlərinin abunəçilərə verdiyi internetin kəsilməsi “ölkənin qəza vəziyyətində niyə alternativ internet variantının olmaması” sualını ortaya çıxardı.

Yaranmış internet problemi “Delta Telecom” internet firmasından qaynaqlanır. Bu firmanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təsis edib.

Kart sahibləri hesablarından pul çıxara bilməyib, plastik kartlar bankomatların içində qalıb

İnternetə çıxış isə təxminən 7 saatdan sonra – gecə saat 12-nin yarısında tam bərpa olunub. Bu saatlara qədər internetdən istifadə edən əhalinin 90 faizi internetsiz qalıb.

Qəza ölkənin bank sektorunu, pul köçürmələri sistemini iflic edib. Bankomatlar, POS terminallar işləməyib.

Bundan dərs çıxartmaq lazımdır. Gələcəkdə bu cür hadisələrin təkrarlanmaması üçün Azərbaycan özünün informasiya təhlükəsizliyi məsələsinə bir daha xüsusi diqqət yetirməlidir.

Rəsmi məlumatda “Delta Telekom" şirkətində yanğın olduğu, yanğının Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürüldüyü bildirilirdi.

Alternativlər olmalıdır

Azərbaycan İnternet Forumu bildirir ki, noyabrın 16-da bütün ölkə ərazisində internet təchizatı sahəsində yaranan ciddi problem ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhdiddir.

Buna da bax: Ağdaşda seçkinin nəticələri ləğv edildi

Qurumun prezidenti Osman Gündüz deyir ki, baş verən hadisə atılan addımların yetərli olmadığını göstərir. Ölkənin informasiya təhlükəsizliyi məsələsinə daha konseptual yanaşmaq vacibdir:

Gözlə

No media source currently available

0:00 0:00:39 0:00
Direct-ə keçid

“Biz hesab edirik ki, bu, doğurdan da, Azərbaycanın informasiya təhlükəsizliyi üçün təhdiddir. Bundan dərs çıxartmaq lazımdır. Gələcəkdə bu cür hadisələrin təkrarlanmaması üçün Azərbaycan özünün informasiya təhlükəsizliyi məsələsinə bir daha xüsusi diqqət yetirməlidir. Ölkənin informasiya, internet infrastrukturu, internet təchizatı məsələləri alternativlər üzərində qurulmalıdır. Daim dayanıqlı vəziyyətdə olan özəl informasiya fəzamız olmalıdır. Bu sistem alternativlər üzərində qurulmalıdır. ”

Yanğının səbəbləri haqqında hələ də rəsmi açıqlama verilməyib. İnformasiya texnologiyaları mütəxəssisləri deyirlər ki, internet qısa müddətdə bərpa oluna bilərdi. Ölkəni 5-6 saat internetsiz qoymaq ağlabatan sayılmır.

Mütəxəssislər deyirlər ki, bu təxribat, kiberhücum da ola bilər. “Delta Telecom” şirkətindən isə dedilər ki, hazırda bütün versiya və ehtimallar araşdırılır.

Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsini icra edən İltimas Məmmədov deyib ki, internetlə bağlı yaranan problem digər ölkələrə tranzit trafikinə təsir etməyib. Azərbaycan ərazisindən internet trafikinin nəqli ilə bağlı heç bir problem yaranmayıb.

Buna da bax: «Xalqın ümidi əlindən alındı»

Tüstülənmə

Günün sonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirdilər ki, bank sektoru, dövlət qurumları və s. sahələrdə internet vasitəsilə göstərilən xidmətlərin fəaliyyəti, o cümlədən fərdi istifadəçilər tərəfindən istifadə təmin olunub. Hadisənin fəsadlarının aradan qaldırılması üzrə tamamlama işləri isə davam edir.

Açıqlamaya görə, noyabrın 16-da saat 16.00 radələrində ölkənin qlobal internet şəbəkəsilə əlaqəsini təmin edən milli operator – “Delta-Telekom” MMM Data Mərkəzinin əsas kabellərinin birində tüstülənmə olub. Hadisə zamanı açıq yanğın olmayıb. Kabellərin əriməsi nəticəsində yaranan tüstü avadanlıqda qismən nasazlıq yaradıb. Bununla bağlı sistemin ümumi işi dayandırıldığına görə ölkədə internetə çıxışda kəsinti yaranıb. Nazirlik bildirir ki, tüstülənmə təxirəsalınmaz işlərə başlamağa maneə yaratdığı üçün internet əlaqəsinin bərpası vaxt tələb edib.

XS
SM
MD
LG