Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 09:20

Avropanın pulu Azərbaycanda internet istifadəçilərinə nə verəcək?


İnternet üçün dağa çıxan məktəblilər...
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

İnternet üçün dağa çıxan məktəblilər...

Azərbaycanda genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsinə Avropa İnkişaf və Yenidənqurma Bankından (AYİB) kredit vəsaiti cəlb ediləcək. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov AYİB-in prezidenti Odil Reno-Bassonun iştirakı ilə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, hazırda ölkənin 100 faiz genişzolaqlı internetlə təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür ki, hər bir ailə sürətli telekommunikasiya xidmətlərindən yararlana bilsin. "Hazırda ölkə üzrə 700-ə yaxın kənddə sabit genişzolaqlı şəbəkəyə çıxış mövcud deyil", – S.Məmmədov əlavə edib.

Azərbaycan geriləyir

"Ookla" internet sürətinin ölçülməsi və təhlili şirkətinin "Speedtest Global Index"ində iyul ayının nəticələri də Azərbaycan üçün ürəkaçan deyil: Azərbaycan 182 ölkə arasında üç pillə geriləyərək 121-ci yerdə qərarlaşıb.

Bu ilin iyulunda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti, müvafiq olaraq, 67.25 Mb/s və 28.5 Mb/s təşkil edib.

Parklarda pulsuz internetin adı var, özü yox...
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00

"2024-cü ilə qədər…"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Turan"a bildirilib ki, Azərbaycanda hər 100 nəfərə düşən internet istifadəçinin sayı 85 nəfərdir: "Dünya üzrə orta göstərici 63 nəfərdir. İnternetə çıxış almaq üçün texniki imkanlar, şəbəkənin fiziki əlçatanlığı kateqoriyasına daxil olan bəzi göstəricilər üzrə Azərbaycan dünya və Avropa ölkələri ilə müqayisə oluna bilər. 3G və daha yüksək şəbəkənin əhatə dairəsi 97 faizdən yuxarıdır".

Əlavə olunub ki, məqsəd sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaqdır: "2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olmaqdır".

V.Qasım
V.Qasım

"İnfrastruktur keyfiyyətli interneti verməyəndən sonra…"

İnternet texnologiyaları sahəsində ekspert Vahid Qasım isə AzadlıqRadiosuna bildirib ki, vaxtilə Azərbaycanda genişzolaqlı rabitə üçün milyonlarla vəsait sərf olunub: "Azərbaycanın bütün regionları fiber-optik xətlərlə təchiz olunub".

Lakin, ekspertin sözlərinə görə, bu, vəziyyəti çox da dəyişdirməyib: "Çünki xətt hər şey demək deyil. Bundan əlavə, internet-provayderin keyfiyyətli xidmət verməsi önəmlidir. Yəni, xətlər və infrastruktur çox gözəl ola bilər, amma həmin infrastruktur keyfiyyətli interneti verməyəndən sonra vəziyyət dəyişən deyil".

O qeyd edib ki, hazırda ölkə regionlarında internetlə vəziyyət o qədər də ürəkaçan deyil: "Regionlarda interneti verən ancaq dövlətin monopolist qurumlarıdır və bunlara alternativ yoxdur. Belə olduğu halda, bir işin içində monopoliya olduğu müddətcə orada keyfiyyət gözləməyin heç bir mənası yoxdur".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG