Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:37

A.İsazadə: 'Psixoloji yardım mexanizmi işə salınmalıdır'


Azad İsazadə

«İntiharların və qətllərin artması cəmiyyətdəki təcavüzkarlıq hisslərinin özünü göstərməsidir».

Psixoloq Azad İsazadə son vaxtlar mediada daha qabarıq nəzərə çarpan qətl və intiharlarla bağlı xəbərləri AzadlıqRadiosuna dəyərləndirərkən belə deyib.

A.İsazadə hesab edir ki, intiharlar həmin aqressiyanı şəxsin özünə döndərməsi halıdır: «Bu da bir etirazdır. Şəxsin, fərdin «mən belə yaşaya bilmərəm» etirazıdır. Eləcə də son vaxtlar baş verən qətllər bunu göstərir. Sabirabadda 7 yaşlı uşağı atanın qətl etməsi, Bakıda iki gəncin qətli bunları deməyə əsas verir. Amma bu, təkcə Azərbaycana bağlı məsələ deyil, yaxın ətrafda, o cümlədən Ukraynada, Yaxın Şərqdə baş verənlər bunun təsdiqidir».

A.İsazadənin fikrincə, belə hallara səbəb olan bir çox başqa amillər də var. Sosial həyat, gündəlik məişət bu sıradadır.

Son günlərdə iki yazarın intihar etməsinə də toxunan A.İsazadə deyib ki, bu intiharlar da həmin aqressiyadan törənən nəticədir.

Adamlar niyə intihar edir?
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Psixoloqa görə, belə halları tam aradan qaldırmaq mümkün deyil. Amma psixoloji təsirlərlə onun sayını azaltmaq və ya minimuma endirmək olar. «Bundan ötrü bu intiharları, belə amansız qətlləri araşdıran mərkəzin qurulması vacibdir. Çünki belə bir mərkəz olarsa, həm dürüst statistika əldə edilər, bu halların səbəbləri araşdırıla bilər, həm də bunu minimuma endirmək yolları tapılar. Üstəlik, müəssisələrdə psixoloji yardım mexanizmini işə salmaq lazımdır. Fikrimcə, bu, təxirəsalınmaz məsələdir», - A. İsazadə bildirib.

XATIRLATMA

Rəsmi bilgilərə görə, təkcə ötən ilin 9 ayında Azərbaycanda 500 özünüöldürmə həddinə çatdırma ittihamı ilə cinayət işi başlanılıb.

Ekspertlər Azərbaycanda intiharların səbəblərinin hərtərəfli araşdırılması ilə bağlı ayrıca mərkəzin yaradılmasını təklif edirlər. Onların fikrincə, bir çox hallarda intiharların gerçək səbəbləri gizlədilir. Mətbuatın araşdırmalarına görə, insanlar daha çox maddi sıxıntılar və hüquqsuzluqdan canlarına qıyırlar.

Bir müddət öncə psixoloq Dəyanət Rzayevin, ardınca yazarlar Mövlud Mövlud və Rizvan Qorxmazın intihar etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG