Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 10:35

«Instagram» görünüşünü tam dəyişdi

Instagram
Instagram

-

Foto və videopaylaşım şəbəkəsi «Instagram» dizaynını tam dəyişib.

Bir müddətdir sınaqdan keçirilən dəyişiklik artıq rəsmən tanıdılıb.

Loqodan interfeysədək bütün görünüş yenilənib. Yeni dizaynda arxa plan ağ olduğundan, bütün diqqət paylaşımlara yönəlir.

Dəyişimdən sonra «Instagram» loqosu da çox fərqli görünür. Standart kamera şəklinin yerini kamera ikonu və rəngarəng arxa plan tutub. Proqram içindəki ikonlarda da dəyişiklik var.

Yenilik platformanın «Layout», «Boomerang», «Hyperlapse» kimi proqramlarında da özünü göstərir.

Proqramın yeni versiyası «iOS», «Android», həm də «Windows Phone» üçün əlçatandır.

This item is part of
XS
SM
MD
LG